07.08.2011/08:09; İsveç sakini evində nüvə reaktoru quraşdırdı

İsveç sakini evində nüvə reaktoru quraşdırdı

İsveçin Enqelxolm şəhərinin polisi çərşənbə günü mətbəxdə nüvə reaktoru quraşdıran kişini saxlamışdır. Bu haqda yerli KİV-lər məlumat yaymışlar.  Jurnalistlərin məlumatına görə, 31 yaşlı Riçard Xandl  onun sınağının qanuni olub olmamasını bilmək istəyirdi və bununla əlaqədar olaraq nüvə təhlükəsizliyi üzrə İsveç idarəsinə müraciət etmişdi.

Xandl öz niyyətlərini açıqlamasına və bloqda bütün öz hərəkətlərini təsvir etməsinə baxmayaraq əvvəlcədən hakimiyyət sınaq haqqında heç bir şey bilmirdi.
Kişinin sözlərinə görə, nüvə fizikasıyla o uşaqlıqdan maraqlanır. Reaktorun quraşdırılması üçün o xaricdən radioaktiv maddələri sifariş edirdi və  çatmayan detalları özü yığırdı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *