01.08.2011/08:14; Rusiya – dünyada heroinin əsas istehlakçısıdır

Rusiya – dünyada heroinin əsas istehlakçısıdır

Dünyada 16,5 milyon insan opiatlara bağlılıqdan əzab çəkirlər. Beynəlxalq narkotika  bazarının çox hissəsini heroin təşkil edir. 12-13 milyon insan ildə 375 ton heroin qəbul edir.  Bu haqda BMT-nin narkotiklər və cinayət idarəsinin  yeni məruzəsində bildirilmişdir.

Avropa dünyada əfqan heroininin ən böyük satış bazarı olaraq qalır. Onun hesabına 150 ton heroin düşür.  Asiya ölkələrinə 120 ton, Afrikaya isə 45 ton heroin göndərilir. BMT-nin hesabatında bildirildiyi kimi, 2009-cu ildə  heroindən ən çox istifadə edən beş ölkə siyahısına Rusiya, Çin, ABŞ, Pakistan və Böyük Britaniya daxil olmuşdur.

Məruzənin müəllifləri qeyd edirlər ki, 2009-cu ildə demək olar ki, narko ticarətçilər 68 milyard dollar dəyərində qiymətləndirilən opiatlarla ticarətin qlobal həcmindən 61 milyard dollarını əfqan «zəhərindən» qazanmışlar. Bu halda taliblər 155 milyon dollar, əfqan fermerləri – 440 milyon, narkotik maddələri ötürənlər isə – 2,2 milyard dollar qazanmışlar.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *