10.07.2011/08:34; Ukraynada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

Ukraynada avtomobillərin məcburi texniki baxışı ləğv edildi

Ukrayna prezidenti texniki baxışın ləğvi haqqında qanun imzaladı. Ukrayna prezidenti Viktor Yanukoviç «avtomobil daşınmaları sahəsində həddən artıq dövlət tənzimləməsinin aradan qaldırılması üzrə Ukraynanın bəzi qanunverici aktlarına dəyişikliklərin daxil edilməsi haqqında» qanun imzalamışdır. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirmişdir.

Sənədə əsasən kommersiya məqsədilələ istifadə olunmayan minik avtomobilləri üçün məcburi texniki müayinə ləğv edilmiş və başqa nəqliyyat vasitələrinin məcburi texniki nəzarətdən keçməsi əhəmiyyətli dərəcədə sadələşdirilmişdir. Daxili İşlər Nazirliyinin dövlət avtomobil müfəttişliyi nəqliyyat vasitələrinin məcburi texniki nəzarətdən keçirməsindən kənarlaşdırılmışdır. Bu səlahiyyətlər təsərrüfat subyektlərinə verilmişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *