22.06.2011/10:45; Pomidor sortlarının toxumçuluğu

Pomidor sortlarının toxumçuluğu

Pomidor öz-özünə tozlanan bitkidir. Çarpaz tozlanma 5% qədər olur. Ona görə 500-700 metr sahəyə izolyasiya qoyulur. Pomidor quşüzümü fəsiləsinə, quşüzümü cinsinə (SaloniumL) daxildir. Pomidor bitkisinin ilkin toxumçuluğu zamanı ancaq super elit və elit toxumlardan istifadə edilir.

Toxumların cücərmə enerjisinin, sonradan isə cücərtilərinin boy və inkişafını yaxşılaşdırılması məqsədi ilə toxumlar mikroelemnentlərin məhlulunda isladılır. Bor turşusunun 0,01 0,09% sink sulfatı 0,02-0,05%,ammonium molibiden 0,05% məhlullarında toxumlar 18-20 saat saxlanılıb və sonra qurudulur. Keyfiyyətli və sağlam şitil yüksək məhsuldarlığın əsasıdır. Səpindən qabaq sortun toxumlarının sənədlərinə baxılır.Onların elit toxumları haqqında əsasnaməyə uyğun gəlib-gəlmədiyini yoxlayır, yaxşı olar ki, səpindən qabaq toxumların keyfiyyəti laboratoriya nəzarəti tətbiq edilsin və onların keyfiyyət göstəriciləri təyİn edilsin.

Pomidor bitkisi üçün optimal səpin müddətləri Lənkəran, Astara bölgəsində 10-20 fevral, Quba, Xaçmaz bölgəsində fevralın sonu martın əvvəli, Abşeronda 1-10 mart, Gəncə , Qazax zonasında 12-25 aprel, Naxıçıvan və dağətəyi zonalarda 25 apreldən mayın 10-dək əkilir. Hazır şitillərin əkini, yaxşı hazırlanmış sahədə torpağın temperaturu 10-14  dərəcə olduqda sortun optimal əkin müddətində və sxemində əkilir. Sort təmizləmə işinin əsas məqsədi sortun təmizliyini təmin etmək və bununla da gələcəkdə keyflyyətli və təmiz yəni qarışıqsız toxum materialının istehsalına şərait yaratmaqdan ibarətdir. Sort təmizləmə əməliyyatları keçirilmədən aprabasiya keçirilərsə nəticədə toxumların sort təmizliyi bir kateqoriya aşağı salınır. Elit toxumçuluğu zamanı əkinlərdə 3 dəfə sort təmizləmə əməliyyatı keçirilməlidir.

-I dəfə-şitillərin əkinindən qabaq

-II dəfə-ilk salxımların kütləvi çiçəkləməsi vaxtı

-III dəfə isə meyvələrin kütləvi yetişməsi vaxtı

Hər bir sort təmizləmə əməliyyatından sonra akt tərtib edilir. Birinci sort təmizləmə zamanı, şitillikdə pomidor sortlarının şitilləri diqqətlə nəzərdən keçirilərək və zəif, xəstəlik əlaməti olan şitillər çıxarılaraq ləğv edilir. Görülən işlər haqqında akt tərtib edilir.

İkinci sort təmizləmə işi, ilk salxımları kütləvi çiçəkləməsi vaxtı keçirilir. İlk növbədə sorta məxsus olmayan və xəstə bitkilər əkindən çıxarılıb atılır.Təmizləmə işi belə keçirilir. 5-7 nəfərlik işçi dəstəsi pomidor cərgələrinin arası ilə gedərək pomidor kolları müəyyən edilir. Dəstənin özündə aprebator gedir və onun göstərişi ilə lazım olmayan kollar sahədən çıxarılır, ləğv edilir.Bitkilərin ümumi sayı və onların məhv edilmə səviyyələri sonradan aktda qeyd edilir. Çıxarılmış bitkilər sahənin kənarında bir yerə toplanılır və yandırılır. İş qurtardıqdan sonra xüsusi akt tərtib edilir. Meyvənin kütləvi yetişməsi vaxtı 3-cü yəni yekun sort təmizləməsi işi keçirilir. Yuxarıda təsvir edilmiş qaydada təsərrüfatın aqranomu və abrabator öz dəstəsi ilə əkin sahəsini tam müayyinə edir və ya da xəstə zəif bitkilər çıxarılaraq məhv edilir. Bu qaydalara riayət etməklə pomidor bitkisinin  təmizləmə işi aparılır. Azərbaycanda bir sıra pomidor sortları əkilir.

Utro— kolu deterqnant tipli, sıxyarpaqlanır.Əsas gövdənin hündürlüyü 28-47 sm.Yarpağı adi, yaşıl, qırışıqh, gobuddur. Salxımı sadə, qısa, yığcam, hər salxımda 4-6 meyvə oIur.Meyvəsi yumru indeksi(0,089-„93) sığalh və az dalğalı orta irilikdə (68-94qr) tam yetişmiş meyvəsi qırmızı, toxum yuvası 4-6 yerləşməsi düzgündür. Faraş sortdur. Cücərmədən 107-123 gün keçənədək yetişir.Məhsuldarhğı 678-1330 sen /hektar.

Peramaqa 165— kolunun yarpaqlanması ortadır, determinatdır. Yarpağı adi, yaşıl və tünd yaşıl zəif qırışıqhdır. Salxımı sadə, bəzən arahq tipdə yığcamdır. Bir salxımda 2-4 meyvə olur. İlk salxım 6-8 yarpaqdan sonra , sonrakı salxımlar hər bir -iki yarpaqdan sonra əmələ gəlir. Meyvəsi yumuruindeksi (07-08) zəif qabırqah, orta və iri (88-130 qr), yetişmiş meyvəsi qırmızıdır. Toxum yuvası 4-9 müntəzəm və qeyri müntəzəm yerləşir. Çiçək cücərtidən yetişməyə qədər 97-107 günə keçir. Məsuldarhğı 336-814 sen/hektardır.

Sevimli— kolu determinant, hündürlüyü40-55 sm.Yan yerə yatan, orta yarpaqlanan , salxımı sadə , salxımda 4-7 meyvə olur, 1-ci salxımı 5-6, 6 yarpaqdan sonra sonrakı salxımlar 1-2 yarpaqdan bir əmələ gəlir.Meyvəsi yumuru indeksi(085-089) iri(116qr) səthi sığallı , rəngi tünd qırmızıdır. toxum yuvaları 7-8 müntəzəm, və qeyri müntəzəmdir.

Volqaqrad 5/95—kolu ştamplı, indeterminant, yığcam, orta yarpaqlanandı.Əsas gövdənin hündürlüyü 73 -lOOsm.Yarpaq orta irilikdə tünd yaşıl, səthi çox qırışıqhdır. Salxımı sadə, bəzən arahq tipdə yığcam, bir salxımda 3-5 meyvə olur. Birinci salxım 6-8 , 8 yarpaqdan sonra əmələ gəlir.Meyvəsi yastı, yumru, indeksi(070-080) səthi sığalh və zəif qabırğahdır.orta iridir(90-150qr).Yetismişmeyvəsi qırmızıdır. Gecyetişən sortdur. Çiçəkləmədən 116-130 gün sonra yetişir.Məhsuldarhğı 410-1087 sen/hektar

Leyla—kolu adi, orta yarpaqlanan determinant tipli, yığcamdı. Əsas gövdəsinin hündürlüyü 54-60 sm, əsas zoğlarının sayı 4-6 yarpağı adi tipli, tund yaşıl rənglidir. Bitki üzərində ilk çiçək salxımları əsasən 7-ci yarpaqdan növbəti salxımlar isə ondan 1-2 yarpaq sonra əmələ gəlir.Meyvələr yumru formah, indeksi(090) səhəti sığallı, tünd qırmızı, orta kütləsi (110-130 qr) Kütləvi çıxışdan ilk meyvələrin yetişməsinə qədər 108-115 gün keçir. Toxum yuvalarını sayı 4-6 ədəddir, məsuldarhğı 455,7 və 528 sen/hektardır.

Vaxtı ilə respublikamızın əsaəs bölgələrində əksəriyyət təşkil edən bu sortlar demək olar ki, yox dərəcəsindədir. Bu sortlar indi əkilən sortlardan bir çox cəhətlərinə görə üstünlük təşkil edir. Ən əsası keyfiyyət göstəricisidir. Hazırda bütün dünyada ekoloji təmiz və keyfiyyətli məhsul istehsahna xüsusi fıkir verilir. Bu baxımdan pomidor toxumçuluğunu yuxarıda qeyd etdiyimiz kimi təşkil etmək və yerli sortlara üstünlük vermək lazımdır.

Sərxan Əlizadə, kənd təsərrüfatı elmləri namizadi, dosent

Bir şərh

  1. salam men balaken rayonundan eliyeva fatma men azerbaycanda olan yerli pamidor sortlarini sorusuram

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *