16.06.2011/08:38; Çində 46 hamilə qadından ibarət cinayətkar dəstə ifşa edildi

Çində 46 hamilə qadından ibarət cinayətkar dəstə ifşa edildi

Çinin şərqində Xançjou şəhərinin polisi tərkibində 20 yaşdan 40 yaşa qədər olan 46 qadından  ibarət  cinayətkar dəstəni ifşa etmişdir. Onların hamısı hamilə olmuşlar.

Cinayətkarlar məhkəmədə bildirmişlər ki, hamiləlik onlara əhəmiyyətli dərəcədə kömək edirdi, çünki insanlar hamilə qadınlara şübhə ilə yanaşmır,  hüquq-mühafizə orqanlarının nümayəndələri isə bir qayda olaraq belə xanımlara  güzəştə gedirdilər. Qadınlar təxminən hər ay 400 oğurluq hadisəsi törətmişlər.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *