21.04.2011/08:36; Kennedi ölümündən 10 gün əvvəl UNO haqqında sorğu etmişdir

Kennedi ölümündən 10 gün əvvəl UNO haqqında sorğu etmişdir

Britaniyanın Daily Mail qəzetinin yazdığına görə ABŞ prezidenti Con Kennedi Dallasda qatili tərəfindən güllələnməsindən 10 gün əvvəl o UNO-ya aid olan tam məxfi sənədləri göstərməyi tələb etmişdir.

Bu yaxınlarda öz səhifəsində dərc ediyi məqalədə Kennedinin 12 noyabr 1963-cü il tarixdə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoruna ünvanladığı  məktubuna  istinad edir.

Ufoloqlar bunu dərhal  amerika liderini yadplanetlilər  haqqında həqiqətin aşkara çıxarılmasını istəməyən insanlar tərəfindən öldürdülməsinə sübut kimi  qəbul etdilər.

Mərkəzi Kəşfiyyat İdarəsi prezidentin həmin tarixdə yazdığı iki məktubu məxfilikdən çıxarmışdır. Yazıçı Uilyam Lester informasiya azadlığı haqqında Qanuna istinadən çıxış edərək, bu məktubları təqdim etmək tələbi ilə çıxış etmişdir.

Aydın olmuşdur ki, Kennedinin  müraciətinin biri Mərkəzi Kəşfiyyat İdarəsinə, digəri isə milli aerokosmik agentliyinə-NASA-ya nyönəlmişdir. NASA başçısına ünvanlanmış məktubda Kennedi kosmosun öyrənilməsində SSRİ ilə əməkdaşlıq etmək arzusunu ifadə etmişdir.

«Kennedini UNO-nun SSRİ ərazisi üstündə müşahidə olunması faktı çox narahat edirdi. O sovet hakimiyyətinin UNO-nu səhvən amerika təcavüzü əlaməti hesab etməsindən, amerika texnikası olması əlamətindən qorxurdu», — AOL News-ə müsahibəsində Lester belə izahat vermişdir.- Yəqin buna görə o UNO haqqında informasiya əldə etmək və onu NASA-nın əlindən alaraq, SSRİ-yə demək istəyirdi ki, «Dinləyin, bu biz deyilik, biz buna əl atmamışıq, biz provokasiyalar etmirik», — Lester belə  demişdir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *