17.04.2011/08:45; Dünyanın iqtisadi sağlamlığı Böyük 20-liyin əlindədir

Dünyanın iqtisadi sağlamlığı Böyük 20-liyin əlindədir

Dünyanın 20 inkişaf etmiş və nisbətən qismən fəal iqtisadi inkişaf edən dövlətləri hansı ölkələrin siyasətinin beynəlxalq sabitlik üçün təhlükə törətməsi məsələsinin  təyini proseduru haqqında razılığa gəlmişlər.

Əvvəlcədən razılaşdırılmış parametrlər əsasında onların iqtisadiyyatlarının sağlamlığını müəyyən edən Böyük 20-liyin bütün üzvləri yoxlama-testdən keçəcəklər. G20 istehsalının ümumi həcmində 5 və daha çox faizə malik olan yeddi dövlət isə, xüsusi — daha sərt yoxlamadan keçəcəklər.

Bu yeddiliyə Çin, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya və Hindistan daxildir. Bu yeddilikdə, ehtimal ki, analizin daha dəqiq və irad tutulan tipini  sonradan tətbiq edəcəklər, hərçənd oxşar yoxlamanı siyasəti başqalarında narahatlığa səbəb ola bilən Böyük 20-liyin istənilən üzvünü məruz qoya bilərlər.

İqtisadi sağlamlığın yoxlanılması və  nəzarətin yeni sistemi məcburi deyil. Ehtimal ki, o başqalarının verdiyi qiymətə görə,  dünya iqtisadiyyatını təhlükəyə məruz qoya bilən bu və ya digər ölkəni öz siyasətini könüllü surətdə dəyişdirməyə inandırmaq məqsədi ilə partnyor-ölkələr tərəfindən təzyiqə əsaslanacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *