25.02.2011/08:47; XOCALININ DƏRDİ VAR

XOCALININ DƏRDİ VAR

Imani Məhbub Ağayar qızı

Quruyubdu dibçəyi,

Solub gülü-çiçəyi.

Yalan olub gerçəyi,

Divan tutub yağılar,

Xocalının dərdi var.

***

Yağı düşmən cəm oldu,

Dəhşətlə həmdəm oldu,

Qismətimiz qəm oldu,

Bir də həsrət, intizar,

Xocalının dərdi var.

***

Dağıldı yurd-yuvası,

Qırıldı el-obası,

Bağlı qaldı qapısı,

Bir də nə vaxt açılar?

Xocalının dərdi var.

***

Zəbt olundu evləri,

Özülləri, himləri.

Puç oldu diləkləri,

Yarı yolda qaldılar,

Xocalının dərdi var.

***

Qara gəldi günləri,

Dağlandı sinələri,

Ağbircək nənələri

Donub qarda qaldılar,

Xocalının dərdi var.

***

Yandırıldı evləri,

Təpə qaldı külləri.

Əliyalın elləri,

Tanka, topa tutdular,

Xocalının dərdi var.

***

Mənfur yağı düşmənin,

Örtmüşdü qan gözlərin.

Cavan, qoca, qız, gəlin,

Orda şəhid oldular,

Xocalının dərdi var.

***

Bədoy atları hanı?

Bağ-bağatları hanı?

Şən elatları hanı?

Yağmaladı yağılar,

Xocalının dərdi var.

***

Toyları döndü yasa,

Ömürlər oldu qısa.

Ümid qalıb Allaha,

Bilir ellər-obalar,

Xocalının dərdi var.

***

Qışa döndü baharı,

Dərilmədi nübarı,

Soldu bəhəri, barı,

Nakam qaldı arzular.

Xocalınm dərdi var.

***

Xocalımız alındı,

Şum oldu, tapdalandı.

Yurdlar oda qalandı,

Bayram etdi yağılar,

Xocalının dərdi var.

***

Əli DƏSTl, Gəncə şəhər İranlı Mühacirlər Cəmiyyətinin sədri.


Bir şərh

  1. Azərbaycanın bütövlüyü və azadlıqı uğrunda şəhid olanlara ulu tanrıdan rəhmət diləyirik.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *