23.02.2011/18:32; Litvanın müstəqilliyi üçün Qorbaçov Klaypedanı və 21 milyard rubl tələb edirdi

Litvanın müstəqilliyi üçün Qorbaçov Klaypedanı və 21 milyard rubl tələb edirdi

Sovet İttifaqının prezidenti Mixail Qorbaçov Litvanın müstəqilliyinin tanınması üçün Klaypedanın Rusiyaya verilməsini, həmçinin  21 milyard rubl ödənilməsini tələb etmişdir. Bu haqda İsveçin o vaxtlar Leninqradda işləmiş baş konsulu Daqa Sebastyan Alanderanın məxfilikdən çıxardılmış məlumatından məlum olmuşdur.

Baş konsulun depeşasına 9 mart 1990-cı il tarixi qoyulmuşdur. Orada Litva SSR Ali sovetinin Rəyasət heyətinin sədri  Alqirdas Brazauskas ilə  Qorbaçovun görüşündən danışılır. Söhbətin gedişində Qorbaçov Litvaya müstəqillik verilməsinə razılıq vermiş, ancaq bunun müqabilində müəssisələr və sənaye komplekslərinin ittifaq qiymətləri ilə alınması üçün 21 milyard rubl ödəməyi tələb etmişdir.

Buna cavab olaraq litvalılar sovet hakimiyyəti illəri ərzində respublikaya vurulmuş 500 milyard rubl zərərin Rusiya tərəfindən   kompensasiyasını tələb etmişlər.

Qorbaçovun tələbləri yerinə yetirilməmiş, 11 mart 1990-cı ildə Litva Ali soveti Litva SSR-nın sərhədlərini saxlamaqla respublikanın müstəqilliyinin bərpasını elan etmişdir. 1991-ci ilin avqustunda Rusiya onun müstəqilliyi  tanımışdır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *