23.02.2011/10:24; Əsrin faciəsi: Xocalı soyqırımı

Əsrin faciəsi: Xocalı soyqırımı

Bəşər tarixində ölüm, qırğın, müharibə sözlərinə zaman kəsiklərində rast gəlsək də bunlarla soyqırım arasında müəyyən fərqlər var. Soyqırım elə fəalkətdir ki, hətta ana bətnində olan körpəyə də aman verilmir. Nifrətin gücü o yerə çatır ki, qaçıb qurtulmaq istəyənlər belə güllə- borana tutulur, əliyalın insanlar amansızlıqla qətlə yetirilirlər. Özü də tükürpədən üsullarla.

Hətta öz xalqına belə başucalığı gətirməyən, azərbaycan xalqına qənim kəsilmiş mənfur erməni yaraqlıları öz ağalarının yaxından köməyi və iştirakı ilə törətdikləri faciə -Xocalı soyqırımı zamanı nə qocaya, qadına aman verildi, nə də məsum uşağa rəhm edildi. İnsanları tankların altında əzənlər, diri-diri yandıranlar, əzalarını kəsib doğrayanlar xüsusi nəşə duyurdular. Soyqırımdan sonra müxtəlif ölkələrdən Qarabağda olan jurnalistlər  dəhşətli bir səhnə ilə qarşılaşdıqlarını böyük ürək ağrısı ilə ifadə etmişlər. İngilis “Frant hayn nyus” telekompaniyasının operatoru Rori Patriks gördüklərini belə qələmə almışdır: “Xocalıdakı vəhşiliklərə heç nə ilə haqq qazandırmaq olmaz”. O, daha sonra qeyd etdi ki, ermənilərin Naxçıvanik kəndi yaxınlığında öldürdükləri adamlar tanınmaz vəziyyətdə idilər.

Fransız jurnalisti Jan İv Yunetin yazdıqlarından: “ Biz Xocalıda yüzlərlə mülki insanın cəsədini gördük. Onların içərisində qadınlar, uşaqlar, qocalar var idi. Ermənilər körpə uşaqları, mülki insanlari vəhşicəsinə öldürərək faşistləri belə arxada qoyublar”.

Xocalıdakı meyidlərin ətrafının donması, işgəncə əlamətləri, başın dərisinin soyulması, qadınların döşlərinin kəsilməsi, həmçinin burun və qulaqların kəsilməsi aşkar edilmişdir. Həmçinin göz almalarının çıxarılması, dişlərin sındırılması müşahidə olunmuşdur. Müayinə olunmuş meyidlərdə bədənin müxtəlif nahiyələrinin güllə və küt alətlə kəsik-kəsik, deşik-deşik, edilməsi müəyyən edilmişdir. Bundan başqa meyidlərdə yanıq kömürləşmə aşkar olunmuşdur. Üzərindən hərbi texnika keçirilərək xurd-xəşil edilmiş meyidlərin sayı da onlarla olmuşdur.

İnsanın qanını donduran belə faktlar faciənin böyüklüyünü, onun soyqırım olduğunu sübut edir. Bir gecədə Xocalı şəhəri  yer üzündən silindi. Günahsız insanlar murdarcasına qətlə yetirildi. Erməni və rus əsgərləri sakinləri öldürmüş evləri talan etmişlər. İstintaq prosesində sual-cavab edilən 200 nəfərin, 162-si təsdiq etmişdir ki, Xocalı hadisələrində MDB-nin hərbi hissələrinin əsgərləri iştirak etmişlər.

Xocalının başının üstündə qara buludların sıxlaşdığı vaxt 366-cı alayın ermənilərə xidmət etdiyi hamıya məlum idi. 100 vahiddən artıq döyüş texnikası, 1800 nəfər ştatlı işçisi olan bu alayın 49 zabit və proporşiki erməni idi. Xankəndində yerləşən 366-cı motorlu-piyada alayı ermənilərin soyqırımı həyata keçirməsi üçün onlara böyük dəstək oldular. Fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın bağrında Xocalı boyda bir yara açıldı. Daim qaysaq bağlamayan bu yaranın qisasını yerdə qoysaq bir xalq kimi şərəfimizə ömürlük ləkə salacağıq. Bu ləkədən qurtulmaq üçün Xocalı da daxil olmaqla bütün Qarabağ canilərdən təmizlənməsi, onlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Alman faşistlərinə Nürenberq məhkəməsi qurulduğu kimi onlardan qat-qat vəhşi olan erməni barbarları da ədalətin mühakiməsinə veriliməlidir. Belə olarsa, canilərə hökm oxunarsa narahat ruhlar yəqin ki, təskinlik tapar. Düşmənin sonda belə bir aqibət yaşayacağına inanmaq istəyirik.

«Kür» İnformasiya Agentliyi

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *