23.02.2011/09:47; Bəzi az yayılmış tərəvəz bitgilərinin toxumçuluq xüsusiyyətləri

Bəzi az yayılmış tərəvəz bitgilərinin toxumçuluq xüsusiyyətləri

Azərbaycan Respublikasının o cümlədən Gəncə-Qazax bölgəsinin şəraiti bütün tərəvəz-bostan bitgilərinin toxumçuluğu üçün əlverişlidir. Bəzi azyayılmış tərəvəz bitgiləri yüksək məhsuldar, soyuğa davamlıdır.Lakin onların toxumçuluğunun bəzi aqrotexnikası xüsusiyyətləri hələ lazımınca öyrənilməmişdir.

Yeni perspektiv  yabanı tərəvəz bitgilərinin toxumçuluğu məsələləri isə  demək olar ki, təmamilə öyrənilməmişdir . Tərəvəz çeşidinə yeni daxil edilmiş çoxillik tərəvəz bitgilərinin toxumçuluğunun tədqiqi vacib bir məsələ kimi qarşıda durur .

Qulançarın 8 növ, sort və formalarının, çeşidə yeni daxil edilmiş digər bir sıra çoxilliklərin toxumçuluğunu öyrənmək və ölkədə tərəvəzin çeşidini genişləndirmək, keyfiyyətini yüksəltmək və il boyu istifadə imkanlarını artırmaq onların istehsal texnalogiyasını asanlaşdırmağı qarşımıza məqsəd qoymuşuq.

Qulançar az yayılmış mədəni tərəvəz bitgilərinə aid olmaqla avropa ölkələrində və Rusiyada onun əsas bir növü dərman qulançarı (Asparaqus afficinalis) becərilir. Onun da bir çox sortları vardır. Onlardan MDB ölkələrində yayılani faraş Arjenteye, gecyetişən arjanteyi, meri vaşinqton sortudur.

Azərbaycanda qulançar bu vaxta qədər yalnız yabanı formada yığılıb istifadə edilmişdir. Azərbaycanda onun 7 növü, son məlumatlara görə 9 növü ( Kərəm Əsədov, Oruc İbayev) bitir. Bütün bu növlərin və onların formalarının məhsuldarlıq imkanları, keyfiyyəti və aqrotexnikası hələ lazımınca öyrənilməmişdir.

Təcrübə işləri Gəncə şəhərində kafedranın tərəvəz təcrübə kolleksiyası sahəsində aparılmışdır.

Bölgənin iqlimi quru- subtropik, qışı mülayim quraqlıq, orta illik temperatura 12,5-14,3c°, mütləq minimum-16,5c°-yə qədərdir. Şaxtasız dövr 196-285 gün orta hesabla 240 gündür. İllik atmosfer çöküntüləri 245-399mm olub, əsas hissəsi mart-iyun arasında düşür.

Bölgənin torpaqları təsnifata görə açıq şabalıdı, qonur şabalıdı, tünd şabalıdı və boz torpaqlar olub çoxəsrlik becərmə nəticəsində mədəniləşdirilmişdir. Mexaniki tərkibinə görə ağır gillicədir.

Bu bitgilərin özəkləməsi gec olduğu üçün 3-cü ildən qulanaçar, raziyanə isə 1-ci ildən çiçəkləyir; qulançar 4-cü ildə adi quzuqulağı və ev əvəliyi 2-ci ildə çiçəkləyərək toxum verirlər. Həmin sort nümunələrinin səpilmiş plantasiyaları üzərində müşahidələr və uçot aparılmışdır.

2007-ci ilin martında səpilən bitgilər cücərti verib 1 illik yarpaq qrupu əmələ gətirmiş, qulançar isə 1-ci ildə 15-35sm hündürlükdə toxmacarlar əmələ gətirmişdir. Həmin sort nümunələrinin çoxillik bitgiləri üzərində aparılan fenoliji müşahidələr  göstərir ki, (cədvəl 1),əksər növlər martın 1-dən oyanıb böyüməyə başlayır və matr ayının13-21-i arası ərzaq məhsulu kimi istifadə olunur..

Toxumluq çoxillik tərəvəz bitgiləri üzərində fenoloji müşahidələr.

cədvəl 1.

Növlər Fenofazaların başlama tarixləri
Oyanma Texniki yetişmə Özəklənmə Çiçəkləmə Toxumun yetişməsi
Qulançar-Arjanteyl 10.IV 16.IV 13.IV 18.V 6.IX
Quzuqulağı yerli 2.III 21.III 12.IV 22.V 17.VII
Ev əvəliyi-yaylağı 2.III 17.III 11.IV 27.V 22.VII
Rəziyana Ağcadədin 2.III 13.III 13.IV 22.V 27.VII

Qulançar zoğları isə 10.IV aydan görünür və 16.IVayda istifadəyə yararlı olur. Quzuqualğı və ev əvəliyi bir özək verir, qulançar və rəzyana isə hər birindən 3-5 özək verir. Ona görə qönçələmə və çiçəkləmə dövrü də başqa-başqa vaxtlara düşür. Cədvəldə qeyd etdiyimiz ilk əmələ gələn gövdələrə aiddir. Toxumun yetişməsi qulançarda 5.IX aydan, digər növlərdə 15-25 Vİİ aydan başlanır. Yəni toxumlar tam yetişir. Onları seçərək bir neçə dəfəyə, ya da bir dəfəyə yığmaq olur. Qulançarın gilələri tam qırmızı rəng aldıqda yığılmalıdır. Qulançarın gilələri ayrılır, qalan növlərin toxumluq gövdələri kəsilib qurudulur, döyülür.Çoxillik plantasiyada toxum məhsuldarlığı növlər üzrə müxtəlifdir.

Çoxillik tərəvəz bitgilərinin toxum məhsuldarlığı (2007-2008-ci illər üzrə)

cədvəl 2.

Növlər Kq/ha Toxumun cücərmə qabiliyyəti
Qulançar 75-110 76-77
Adi quzuqulağı 182-205 85-87
Ev əvəliyi 228-241 86-88
Raziyana 856-1200 86-84

2-ci cədvəldən göründüyü kimi, mövcüd plantasiyadan ayrı-ayrl növlərdə 132-205 kq-dan 856-1200 kq-a qədər 2-ci sinfin tələblərinə uyğun toxum almaq olar, lakin becərməni və toxumçuluq işini təkminləşdirməklə toxum məhsulunu artırmaq olar.Belə ki, qulançar bir evli tək cinsli bitkidir və mövcud plantasiyada erkək tipli bitkilər 50% dan çoxdur, toxum isə təkcə dişi tipli bitkilərdən alınır.Ona görə toxumluq əkində dişi tipli çiçəkləri 70-80%-ə çatdırmaqla qulançarın toxum məhsuldarlığını kəskin şəkildə artırmaq olar. Bunun üçün gələn illərdə (2-3cü illərində) dişi tipli bitkilər bilinən kimi dişi bitkiləri yeni toxumluq sahəyə köçürüb hər 4 cərgədən 1 cərigəyə erkək bitki əkilməsi qarşıya qoyulur. Qalan bitkilərdə isə qulluğu yaxşılaşdırmaq, iri toxum özəkləri, gövdələri almaq meyvə bağlamadan sonra çox suvarmaq lazımdır. Məlumdur ki, bütün bu çoxillik butkilər 2-ci və 3-cü illərdə toxum vermə illəri artdıqca bitkilərin iri və toxum məhsuldarlığı 2-3 dəfə arta bilər. Ona görə onları bir yerdə ən azı 4-5 il becərib toxum yığmaq lazımdır.

Nəticə

1.  Qəbul olunmuş becərmə qaydalarda qulançardan 275-310 kq/ha, quzuqulağından 182-205 kq/ha, ev əvəliyindən 228-241 kq/ha, razyanadan 856-1200 kq/ha toxum almaq olar.

2.  Toxum məhsuldarlığını yüksəltmək üçün intensivləşmə tədbirlərinə ehtiyac vardır və toxumluq bitkiləri ən azı 4-5 il becərib toxum yığmaq lazımdır.

Результат

  1. Применяя правила и методы выращивания, можно получать семя; из спаржи до 182-205 кг пер/га, из домашнего ревень 228-241 кг пер/га,  из фенхеля 856-1200 кг пер/га.
  2. Для повышения урожайности семян, необходимо применять интенсивные меры растения нужно выращивать не менее  4-5 лет и только после этого можно собирать качественные семя.

Results

  1. In the accepted tilling methods can achieve the seeds from asparagus 182-205 kg/per ha. Domestic replants 228-241 kg per/ha and fennel 856-1200 kg per/ha.
  2. In order to unbroken the productivity of seeds need the measures for intensifications and to gather seeds less then 4-5 years.

K.T.E.N dosent S.M.Əlizadə

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *