09.02.2011/08:41; Arıların nəslinin kəsilməsi bəşəriyyətin məhv olmasına gətirib çıxara bilər

Arıların  nəslinin kəsilməsi bəşəriyyətin məhv olmasına gətirib çıxara bilər

Planetimizdən arıların yoxa çıxması artıq başlanmış ərzaq böhranını gücləndirə bilər. Albert Eynşteyn öz vaxtında  demişdir ki, əgər arılar öləcəklərsə, ondan dörd il sonra insanlar həlak olacaqlar.

Mütəxəsislər hesablamışlar ki, həşəratlar tərəfindən tozlanmanın hesabına bəşəriyyətin ərzaq resurslarının bütün həcminin üçdə biri istehsal olunur. Bu halda 80-90% tozlanma məhz arılar tərəfindən yerinə yetirilir: kəpənəklər və pərvanələr böyük sahələri emal edə bilmirlər.

Arıların nəslinin kəsilməsi beş il bundan əvvəl güclənmişdir. Yalnız ABŞ-da 30-35% arı koloniyası hər qışı qırılır, hərçənd adətən soyuq mövsümdə arıların yalnız 10%-i  yaşaya  bilmir. Avropada hər il 20% arı ailəsi qırılır, analojı tendensiya Latın Amerikasında və Asiyada da müşahidə olunmağa başlayır.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *