24.11.2011/09:17; Gəncə vilayəti

Gəncə vilayəti

Gəncənin inkişaf tarixindən söhbət açarkən, iqtisadi və hüquqi cəhətdən bu qədim şəhərin nüfuzu altında olan və öz növbəsində onun içtimai, siyasi və təsərrüfat həyatının bütün sahələrində mühüm rol oynayan bəzi tarixi-coğrafi vahidləri də nəzərə almaq zəruriyyəti meydana çıxır. Elmi içtimaiyyətdə bu barədə yekdil fıkrin olmaması, Gəncə vilayətinin tarixi-coğrafi və etnoqrafiq hüdudlarının dəqiq müəyyənləşdirilməməsi bu zəruriyyəti daha da gücləndirir.

Gəncə vilayətini tarixi-coğrafi baxımdan tədqiqat obyektinə çevirməkdə məqsədimiz, şimal-qərbi Azərbaycanın mühüm bir hissəsini təşkil edən bu ərazilərin daha dəqiq öyrənilməsi istiqamətində müəyyən təşəbbüs göstərməkdir. Çünki özlüyündə bu mövzu o qədər geniş əhatə dairəsinə malikdir ki, onun haqqında ayrıca tədqiqat əsəri yazmaq lazım gəlir.

Tarixi yozumda Gəncə vilayəti bəzən Gəncəbasar mahalı ilə eyniləşdirilir. Çox güman ki, bu mövqedən çıxış edən araşdırıcılar qaynaqlarda Gəncəbasar haqqında veriİən dolaşıq məlumatlara və bu biliklərə söykənən mənbələrə istinad edirlər. Məsələn, XVIII yüzillikdə yaşamış Yesai Həsən Cəlal dörd çay vadisini-Şamxor, Gəncəbasan, Kürəkbasan və Partav (Bərdə) rayonunun bir çox kəndlərini Gəncəbasar (Qandjapasan) adlandırır . Lakin göründüyü kimi, üç çayın adı çəkilsə də, dördüncü çay vadisinin məhz hansı olduğu anlaşılmır. Gəncəçayla Bərdənin salındığı Tərtərçay arasında isə ən azı üç çay vadisi vardır.

Tədqiqatçıların bir qismi isə Gəncəbasar dedikdə, indiki Tovuz, Şəmkir, Xanlar(Göygöl), Goranboy rayonları və Yevlax rayonunun Qarabağ kanalı boyunca yerləşən kəndləri də daxil olan böyük bir ərazini nəzərdə tuturlar. Gəncəbasarın Gəncə küləyinin tutduğu, Gəncə çayının suvara bildiyi, Gəncə şəhərini hücumla almağın mümkün olduğu nisbətən daha yığcam bir ərazini əhatə etdiyi haqqında fikir söyləyənlər də vardır. Bizim fikrimizcə, şimal-qərbi Azərbaycanm bu böyük tarixi ərazisini «Gəncəbasar» kimi yox «Gəncə» kimi qəbul etmək daha düzgündür. Çünki Gəncə vilayəti ərazi etibarı ilə Gəncəbasar mahalına nisbətən daha genişdir. Gəncəbasar toponimi özünün adından anlaşıldığı kimi Gəncəçay vadisi boyunca yaşayış məskənlərinin yayıldığı dar bir zolağı əhatə edir. Ən geniş mənada Şamxor, Quşqara, Gəncə və Kürək çaylarının vadisini göstərir. Gəncə şəhərinə iqtisadi və hüquqi cəhətdən tabe olan torpaqlar isə bu sərhədləri aşıb keçir. Məsələnin qoyuluşuna tarixilik prinsipindən yanaşdıqda Gəncə vilayətinin ta qədim dövrlərdən başlayaraq XX yüzilliyin ortalarına qədər müəyyən dəyişikliklərlə müxtəlif adlar altında olduğunu görürük. Qısaca olaraq Gəncə vilayətinin tarixi inkişaf yolunu nəzərdən keçirsək, buna əmin ola bilərik.

Hələ miladdan öncə günbatanda Tovuzçaydan günçıxanda Tərtərçaya kimi, quzeydə Kür çayından, güneydə Gəncə sıra dağlarına kimi olan ərazilərdo Sakasena vilayətinə rast gəlirik. O, Girdman, Kambisena, Şəki və Bərdə vilayətləri ilə həmsərhəd olmuşdur. Ərəb fütuhatı zamanı bu ərazi Arranın tərkibində göstərilir. əvvəllər bütün Qafqaz Albaniyasına verilən bu ad, məkanca tədricən daralır və çox vaxt daha kiçik inzibati vahid olan Gəncə ilə eyniləşdirilir. Şamxorçaydan Tərtərçaya kimi olan ərazinin indi də yerli əhali tərəfindən Aran adlanması bizcə, fikrimizi təsdiq edir.

Şəddadilər dövründə Gəncənin cənub-şərq sərhədlərinin Xaçın çayına kimi uzanması, Teymurləng istilasından sonra, Qaramanlı Yarəhmədin hökmranlığı zamanında isə, Bərdə və Şəki vilayətləri də daxil olmaqla geniş bir sahəni əhatə etməsi haqqında məlumatlar vardır. Bəzi mənbələrdə Səfəvilər dövləti yarandıqdan sonra Gəncə vilayəti Qarabağ (Gəncə) və ya Gəncə-Qarabağ bəylərbəyi kimi göstərilir. Qarabağ bəylərbəyliyinin həm də Gəncə adlanmasını, təkcə onun vilayətin mərkəz şəhəri olduğuna görə izah etmək düzgün olmazdı. Kiçik Qafqazın qürub ətəkləri ilə Kür çayı, Borçalı ilə Kürəkbasan mahalları arasındakı ərazisi Qarabağ hesab olunmadığı halda, həmin dövrdə Gəncə-Qarabağın tərkibində olmuşdur.    Deməli,    vilayətin    adındakı    «Gəncə»    tərkibi bəylərbiyliyinin iki böyük əyalətdən ibarət olmasına dəlalət edir. Gəncə vilayətinin inzibati və hüquqi tabeliyində olan əraziləri daha aydın təsəvvür etmək üçün, bu ərazilərdə hakimlik etmiş Ziyadoğlu sülaləsinin tarixini, onların şəcərə ağacını izləmək olduqca maraqlıdır. Çünki bu məsələnin öyrənilməsi Şimali Azərbaycanda çox nüfuzlu bir-feodal nəslinin müxtəlif dövrlərdə malik olduqları mülk, iqta, tiyul torpaqları ilə əlaqədar vacib həqiqətlərin üzə çıxarılmasına kömək edə bilər.

Gəncə əmirliyinin Qaramanlı soyundan olan Ziyadoğlu nəslinin hakimiyyətə keçməsi XVI yüzillüyin 2-ci rübünə təsadüf edir. Ziyadoğlular (yaxud Ziyadlı) ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Məlumdur ki, Azərbaycanda Ziyadoğlular hakimiyyətinin güclənməsi IX-X yüzilliklərə təsadüf edir. İran vilayətlərinin bir çoxunda 150 il hökmranlıq etmiş Mərdavic ibn-Ziyad sulaləsindən Şəmkir ibn-Ziyad 323-cü ildən (miladi 935) başlayaraq 33 il hökumət (hakimiyyət-F.Ə.) sürmüş və Gəncə yaxınlığında Şəmkir şəhərini öz adına bina etdirmişdi. (Oxu; şəhəri yenidən qurmuşdu-F.Ə). Gəncəbasardakı Ziyadlı kəndinin adı da qədim Ziyadoğlu oymağının adındandır.

Azərbaycan tarixcisi İsgəndər bəy Münşinin verdiyi məlumata görə şah I Təhmasib qacarların Ziyadlı oymağından Şahverdi bəyi (1547-ci ildən I Şahverdi Sultan) Gəncə əmiri və Qarabağ bəylərbəyi təyin etmişdi. Eyni zamanda tiyul torpaqları kimi qacar əyanlarına müəyyən əmlak və bağlarla yanaşı, otlaq, əkin yerləri də ayırmışdı. I Şahverdi sultanın üç oğlundan böyüyü Xəlil xan Astarabadın bəylərbəyi olmaqla, orada qacarların ikinci qolunu təşkil edirdi. Sonralar İranda şahlıq etmiş Qacar xanədanı (1796-1825-ci illər) Astarabad qacarlarından idi. Qacarların digər qolu Çuxursod (İrəvan) vilayəti və Göyçə mahalının, daha bir qolu isə Bərdə (İyirmi dörd) mülkünün hakimləri idilər. Yəqin buna görə də İrəvan, Gəncə, Qarabağ və Şirvan əhalisini dağıstanlılar qacar adlandırırmışlar. Nəzərə alsaq ki, yerlərdə güclü olan tayfaların başcıları adətən həmin vilayət və mahalların hakimləri  olurdular,  onda qacarların,  o cümlədən ziyadlıların Qafqazda nə kimi rol oynadıqlarını da müəyyən qədər təsvvür edə bilərik.

I Şahverdi Sultanın sonrakı iki oğlu İbrahim xan və Yusif xəlifə atalarından sonra növbə ilə Gəncə-Qarabağ bəylərbəyi olmuslar. II Şah İsmayıl (1576-1577-ci illər) hakimiyyət taxtına keçən kimi Yusif xəlifəni bəylərbəyilikdən uzaqlaşdırır. Bunun üçün şahın əsası var idi. Çünki bilavasitə I Şahverdi Sultanın təsiri ilə, II İsmayıl hər şeydən şübhələnən atası I Təhmasib (1524-1576-cı illər) tərəfindən Qəhqəhə qalasına salınmışdı. Siyası dustaqlar üçün zindan hesab olunan bu qalada II İsmayıl 20 il həbsdə olmuşdu. Atasının ölümündən sonra başlanan hakimiyyət uğrunda mübarizədə isə Yusif xəlifə Ziyadoğlu II İsmayılın yox, onun qardaşı və rəqibi Heydər Mirzənin tərəfini saxlamışdı. Ona görə II İsmayıl Yusif xəlifəni cəzalandıraraq Şirvan bəylərbəyliyini Peykar Sultan ZiyadoğIuna, Qarabağ (Gəncə) beylərbəyliyini İmamqulu xan Ziyadoğluna vermişdi. Bu aktın özündə belə Ziyadoğluların nüfuzu görünməkdədir. Belə ki, şah onları hakimiyyətdən kənar etməyə cəsarət etməyib, yalnız Şirvan və Qarabağı bir-birindən ayırmaqla kifayətlənmişdi. Lakin tezliklə Şah Məhəmməd Xudabəndə (1578-1587-ci illər) Şirvanı İmamqulu xana qaytarmışdı. Bununla belə Ziyadoğluların yeni yüksəlişi çox davam etməmişdi. Osmanlı türkləri ilə müharibədə məğlub olan İmamqulu xan 1588-ci ildə nəinki Şirvandan, həm də Qarabağ və Gəncədən qovulmuşdu.

Böyük Şah Abbas Şimali Azərbaycan torpaqlarını Osmanlı imperiyasından geri aldıqdan sonra Gəncə-Qarabağ əyalətinin idarə edilməsini yenidən Ziyadoğlularına qaytarır. Əvvəl Hüseyn xan Ziyadoğlu (1604-1606-cı illər), Gəncə qalası alındıqdan sonra isə Axsaq ləqəbli Məhəmməd xan İmamqulu xan oğlu bəylərbəyi təyin oiunurlar. İ614-cü  ildə Gəncə rəiyyətinin ixtişaşları zamanı həlak olan Məhəmməd xandan sonra bəylərbəyliyi növbə ilə onun oğlanları Mürşüd Qulu xan və Məhəmməd Qulu xana çatır. Böyük Şah Abbasın qızılbaş əyanlarının gücünü zəiflətmək siyasəti Ziyadoğlulardan da yan keçmir. Hakimlikdən məhrum edilən Ziyadoğluların yerinə əsilzadə nəslindən olmayan Davud xan təyin olunur. Lakin Davud xanın Ziyadoğlular mülkündə hakimliyi uzun çəkməmişdi. I Şah Abbasın ölümündən sonra hakimiyyət uğrunda mübarizədə iştirak etdiyinə görə o titullarından məhrum edilib cəzalandırılmış, bəylərbəyliyi Şah I Səfı (1629-1642-ci illər) tərəfindən Məhəmməd Qulu xan Ziyadoğluna və onun oğlu Murtuza Qulu xana qaytarılmışdı. Sonuncu xələfi I Uğurlu xanın bəylərbəyliyindən (1663-cü il) Kəlbəli xan Ziyadoğluna qədər olan müddətdə vilayət həmin sülalənin əlində qalmışdı. Səfəvi hökmdarı II Abbasın (1642-1666-cı illər) Gəncə-Qarabağ bəylərbəyi Kəlbəli xan Ziyadoğlu ilə yaxın münasibətdə olması məlumdur. Müsahib Gəncəvi adı ilə şer yazan Kəlbəli xanın təxəllüsü onun II Abbasla yaxın həmsöhbət olamsına işarədir.

Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Türkiyə Sultanının qoşunları 1725-ci ildə Gəncəni ələ keçirdikdən sonra 10 il Ziyadoğlular hakimiyyətdən kənarda qalır. 1735-ci ildə Nadir xan Əfşar Gəncəni osmanlılardan geri aldıqdan sonra Ziyadoğluların hakimiyyəti bərpa olunur. Amma heç bir il keçməmiş Ziyadoğlular böyük bir zərbə alaraq əvvəlki qüdrətlərini demək olar ki, həmişəlik itirmiş olurlar. Hadisə belə olmuşdu. 1736-cı ilin martında Muğan (Qalağayın) qurultayında Nadir xan şah III Abbasın (1732-1736-cı illər) ölümü ilə əlaqədar özünü İran şahı elan edir. Qurultayda iştirak edən xanlardan təkcə II Uğurlu xan Ziyadoğlu yeni şahın qərarı ilə razılaşmır. Həmin hadisə mərkəzi dövlət hakimiyyətini gücləndirmək siyasəti yeridən Nadir şaha Gəncə-Qarabağ əyalətini bölüşdürmək üçün bəhanə vermiş olur. Qarabağ şahın qardaşı İbrahim xana, Borçalı, Qazax, Şəmşəddil mahalları Kaxetiya (Şərqi Gürcüstan) varisi Teymuraza verilir. Şah «Xəmsə məliklərinə» (Qarabağın dağlıq hissəsində olan erməni məlikləri-F.Ə) də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini … kənar edin. Özünüzü tamamilə azad sayın… Beləliklə Gəncə xanlarının ixtiyarları tamailə əllərindən çıxdı. Əvvəllər hakim olduqları çox böyük ərazidən Ziyadoğlulara ancaq Gəncə əyaləti adı ilə Gəncə şəhərinin ətraf mahalları saxlanıldı. Bunlar Kürəkbasan, Samux, Gəncəbasar, Balçılı, Şəmkir, Ayrım və Zəyəm mahalları, Kürün sol sahillərində isə Eldar və Qarasaqqal obaları idi.

1738-ci ildə Gəncə şəhərinə dağıdıcı yürüşlər edən ləzgilərə qarşı müharibədə II Uğurlu xan öldürülür (İmamzadə qəbiristanlığında dəfh edilmişdir). Hüseyn Qulu xan Ziyadoğlu 1740-cı ildə isə II Şahverdi xan Gəncə hakimləri olurlar. Nadir şahın öldürülməsindən (1747-ci il) sonra Şahverdi xan (1747-1760-cı illər) yuxarıda adlarını çəkdiyimiz7 mahal və 2 obanın ərazisində Gəncə xanlığını təşkil edir. Şahverdi xanın vəfatından sonra hakimiyyətə oğlu Məhəmmədhəsən xan (1760-1780-ci illər) keçir. Ədalətli təessübkeş hökmdar kimi Gəncə əhalisinin böyük rəğbətini qazanmış Məhəmmədhəsən xan Gəncənin qonşu feodallardan asılılığına son qoyur. Gəncənin nüfuzunu gücləndirməyə çahşır. Lakin o, qardaşı Məhəmməd xan tərəfindən öldürülür. Həmin il (1780-ci ildə) Gəncəni tutan II İrakli və İbrahimxəlil xan yenə də Ziyadoğlularını hakimiyyətdən məhrum edirlər. Bu hal da çox davam etmir. 1783-cü ildə Hacıbəy Ziyadoğlu (1783-178 5-c illər) üsyan qaldıraraq gürcü və Qarabağ hakimlərini şəhərdən qovur. Rəhim xan Ziyadoğlunun (1785-1786-cı illər) qısamüddətli hakmiyyətindən sonra Gəncə taxtına Cavad xan Ziyadoğlu (1786-1804-cü illər) keçir. Rəhim xan hakimiyyət uğrunda mübarizəyə başlayırsa da, tezliklə qardaşı Cavad xan tərəfindən məğlub olur.

İmperator I Aleksandrın 12 sentyabr manifestinə əsasən Şərqi Gürcüstan Rusiyaya birləşdirildikdən sonra Cavad xan Şəmşəddil, Qazax və Borçalı mahallarını yenidən Gəncə xanlığına daxil edir. Bu işdə Qubalı Fətəli xan və İran şahı (fərman verərək) xana kömək edirlər. Ümumiyyətlə XVIII yüzilliyin sonlarında, xüsusilə Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana və Gürcüstana hücümları dövründən başlayaraq, Cavad xan fəal xarici siyasət yürütməyə baslayır. Sürətlə bir-birini əvəz edən mürəkkəb siyasi hadisələr fonunda o, digər Azərbaycan xanları içərisində qızğın fəaliyyəti ilə çox seçilir. Təbii ki, bunu çox mühüm hərbi-strateji mövqedə yerləşən xanlığın mənafeyi tələb edirdi. Lakin Cavad xanın siyasi portretinin əsas  cizgilərindən biri  də bu idi  ki,  o, nəinki hadisələrin arxasınca sürünmür əksinə, siyası iqlimə çox güclü təsir göstərməyi bacarırdı. Yaxınlaşan yeni təhlükə qarşısında qonşu Azərbaycan, Dağıstan və Gürcüstan feodallarının vahid cəbhədən çıxış etmək meyllərindən məharətlə istifadə edən Gəncə xanı, antirus koalisiya yaratmağa çalışır. Hətta buna müəyyən qədər müvəffəq də olur. Gəncə, Qarabağ, Şəki xanları, ləzgi şamxalları və gürcü şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə aparacaqlarına and içirlər. Gəncə qalasını möhkəmləndirmək üçün İbrahim xan iki top göndərir. Lakin şəxsi rəyasət hissəsinə qalib gələ bilməyən xanların fəaliyyəti bundan uzağa getmir. Həlledici anda Gəncə xanı qorxunc düşmən qarşısında tək qalır. Qohumluq əlaqəsi yaratdığı Nəsib sultan işğalçı rus qoşunlarına hər vasitə ilə köməklik göstərir. Gəncə xanının o biri qohumları-Qarabağ, Şəki, İrəvan xanları öz qalalarına çəkilib, passiv şəkildə hadisələri izləyirlər. Cavad xanın başcılığı ilə gəncəlilər bir aydan artıq təcavüzkara qarşı mübarizə aparırlar. Cavad xan hətta düşmənlərinin belə etiraf etdiyi bir qəhramanlıqla həlak olur. Lakin öz andına, Vətən borcuna xəyanət etmiş xanlar ölümdən qaça bilmir, Iəyaqətsiz formada bir-birinin arxasınca tarix səhnəsindən yox olurlar.

Cavad xanın böyük oğlu III Uğurlu xan 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlubiyyətə uğrayır. 1826-cı ildə o, yerli əhalinin və İran qoşunlarının köməyi ilə Gəncəyə qayıdır 40 gündən sonra isə şəhəri tərk etməli olur. Gəncə döyüşündən (13 sentyabr 1826-cı il) sonra əsir düşən Uğurlu xan bir müddət Stavropolda sürgündə olur. Türkmənçay sülhündən sonra İrana qaytarılır. Ziyadoğluların son nümayəndələri Ədil xan və İsmayıl xan Ziyadxanovlar (Cavad xanın üçüncü oğlu Abbas Qulu Ağa nəslindəndirlər) XX yüzilliyin əvvəllərində Gəncənin ictimai həyatında qabaqcıl rol oynayan ziyahlar idi. 1905-ci ildə Gəncədə yaradılan «Difai» təşkilatının banilərindən biri vəkil İsmayıl xan Ziyadxanov idi. Sonralar Azərbaycan Demokratik Respublikasının körkəmli xadimlərindən olmuş, sovetləşmədən sonra qətlə yetirilmişdir. Hazırda Gəncədə onların tikdirdiyi iki bina qalmaqdadır. İsmayıl xanın evi (Gəncə tarix-diyrşunashq müzeyinin binası) və Ədil   xanın   sarayı   (Gəncə   şəhər   tcxniki   inventarlaşdırma bürosunun binası).

Rus işğalından sonra Gəncə xanlığı ləğv edildi. Onun yerində Yelizavetpol dairəsi, sonra isə həmin adlı qəza yaradıldı. 1918-ci ildə Gəncə quberniyasının tərkibində olan Gəncə qəzası keçmiş Yelizavetpol qəzasının ərazisində olmaqla Yeni Bəyazid, Qazax, Sığnaq, Ərəş, Cavanşir qəzaları və Zaqatala dairəsinin əhatəsində idi. Sovetləşmədən sonra baş verən bəzi dəyişikliklər nəzərə alınmazsa, Gəncə qəzası 1930-cü ilə qədər öz adını və əsas ərazilərini saxlayırdı. 1929-cu ildə köhnə inzibati-ərazi bölgüsünün ləğv edilməsi nəticəsində Gəncə dairəsi ləğv olunur. Qısa müddətdə yaradıhb tez də ləğv olunmuş (1952-1953-cü illər) Gəncə vilayətini nəzərə almasaq, məhz XX yüzilliyin 30-cu iilərindən «Gəncə» vilayət, mahal, dairə kimi tarixə qovuşur, inzibati-ərazi vahidi kimi xəritələrdən silinir. Onu da qeyd etmək lazımdır ki, «Sovet hakimiyyəti dövründə Azərbaycanın inzibati-ərazi bölgüsünün düzgün elmi əsaslarla ilk dəfə həyata keçirilməsi» heç də yeni rayonlaşdırmanın təşəbüsçülərinin iddia etdiyi kimi idarəetməni, iqtisadi prinsipi və topoqrafık xüsusiyyətləri küll halında nəzərə ala bilmədi. Bu isə öz növbəsində bir sıra uyğunsuzluqlara və qüsurlu nəticələrə gətirib çıxartdı ki, onların da səbəbini xalqımızın minillik tarixi təcrübəsinə etinasız yanaşmada axtarmaq lazımdır. Bu yuxarıda qeyd etdiyimiz geniş xronoloji məlumatları verməkdə məqsədimiz Azərbaycanın qədim vilayətlərindən olan Gəncənin siyasi və hüquqi baxımdan tarixən formalaşmış nisbətən sabit ərazisi haqqında müəyyən təsəvvür yaratmaq idi. Həmin ərazi XVIII yüzilliyin ikinci yarısında günbatandan İrəvan xanlığı, Qazax və Borçalı sultanlıqları, quzeydən Kaxetiya çarlığı, Sığnaq mahalı, İlisu sultanlığı, Şəki xanlığı, günçıxandan isə Qarabağın Bərdə və Cavanşir mahalları, güneydən Qarabağın Xəmsə mahalı ilə əhatə olunmusdu. Gəncə əmirliyi, Gəncə bəylərbəyiliyi, Gəncə xanlığı adlanan bu torpaqlarda Qacar tayfasının Ziyadlı tirəsi kiçik fasilələrlə 400 ilə qədər hakimiyyəti öz əllərində saxlamışdılar. XVI-XIX yüzilliyə kimi ziyadlı qacarların tarixinin izlənməsi həm də onu göstərir ki, zamanın keşməkeşlərinə baxmayaraq, onlar şimali-qərbi Azərbaycan torpaqlarında uzun müddət hökmranlıq etmiş və siyasi hakimiyyət məsələsinə öz irsi mülkiyyəti kimi yanaşmış, yalnız Rusiya imperiyasının ekspansiya siyasəti nəticınsində zorla hakimiyyətdən kənar edilmişdir.

Bir neçə kəlmə də ziyadoğulların mənşəyi haqqında. tarix ədəbiyyatında qacarların, deməli, həm də Ziyadoğulların Şimali Azərbaycana XIII yüzillikdə Hülakülar tərəfindən köçürüldüyü qeyd olunur. Amma bu fakt Abbasqulu ağa Bakıxanovun yuxarıda iqtibas gətirdiyimiz məlumatı ilə ziddiyyət təşkil edir. A. Bakıxanov Ziyadoğluların X yüzillikdə Gəncə vilayətinə (Şəmkir rayonunda) hökmranlıq etməsi faktını göstərməklə, qacarların bu əraziyə XIII ərdə gətirilmədiyini sübut etmiş olur. Deməli Ziyadoğlular (təbii ki, həm də qacarlar) yerli tayfalardan olmuş, artıq erkən orta əsrlərdən Azərbaycanın siyasi həyatinda fəal iştirak etmişlər. Bunun üçün isə onlar yaşadıqları ərazidə möhkəm arxaya öz-tayfalarının himayəsinə arxalanmalı idilər. Bunsuz uzun müddət hökmranlıq etmək mümkün deyildi. Tarixdən göründüyü kimi də, onlar yalnız xarici işğalçıların təcavüzü nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışlar. Həmin tayfanın oymağının (tayfanın tutduğu sahə) isə məhz Gəncəbasarda yerləşdiyini Gəncə yaxınlığındakı Ziyadlı kəndi və Gəncə şəhərində Qacarlar məhəlləsinin mövcud olması da sübut edir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy «Ziyadoğlanlarının qədim bir ocaq və böyük bir dudman, yalnız bəylərbəyi deyil, bəlkə səlahiyyətli sərdar» olmaqlarının bütün aləmə aydın və aşgar olduğunu, onların hökmünün Tiflisdən Xudafərinə kimi işlədiyini yazırdı. Məhz bu səbəbdən də Cavad xan general-leytenant Knorrinqə yazdığı məktubunda «öz nəslinin 600-700 il bu torpaqlarda hökm sürdüyünü» xatırladır. Bu faktın özü də Ziyadoğluların X yüzillikdən Gəncəbasarda yaşamasını bir daha təsdiq edir.

Gəncə vilayətinin ərazisi relyefinə görə üç zonadan ibarət olmuşdur: dağlıq, dağətəyi və düzənlik. Güneydən Kiçik Qafqazın qolları Gəncə nahiyəsini təbii sərhədlərlə dövrəIəyərək,  onu  Qarabağın Xəmsə və Cavanşir mahallarından ayırırdı. Göyçə gölündən Tərtər çayının yuxarı axarlarına kimi Kiçik Qafqazın quzey hissəsi Gəncə sıra dağlarından ibarət idi. İndiki xəritələrdə Gəncə sıra dağları yoxdur. Onun yerində Şahdağ və Murovdağ silsilələri göstərilir. Əslində isə, hələ XX yüzilliyin 30-cu illərinə kimi Gəncə dağlarının qolları olan Murovdağ və Şahdağın adı bütün silsiləyə aid edilmirdi. Göyçə gölünün şimal-qərbində Şahdağla başlayıb (Zəyəm çayının mənbəyinə kimi), Eynal taxtı (Gəncə çayı ilə Quşqara çayları arasında), San yal (Gəncə çayı ilə Aşağı Ağsu çayı arasında), Murovdağ (Kürəkçayla Gorançay arasında), qolları yarımqövs şəklində bir-birini əvəz edir. İncəçay və Tərtər vadilərində qısalır, Gəncə və Qarabağ düzlərinin qovşağında itib-batırdı. Bu dağ silsiləsi Gəncə sıra dağları adlanırdı.

Günbatanda isə Gəncə vilayətinin sərhəddi sınıq körpüdən yuxarı olan «Suri-daşa» — Şüləver kəndinə qədər uzanırdı. Onun quzey günbatan hüdudu isə Ellər oyuğu adlanan(düzənlik üzərində ucalan Ellər oyuğu-ellərin uyuğu, qarovulçusu, dağı, sərhəd daşı anlamını verir) dağla başlayıb, Qaltan dağları boyunca Ağdib dağlarına keçirdi. Hər iki dağ silsiləsi Ağaşırımdan (Qabırrı çayı sahilində) başlayaraq, Qaltan dağları Güney künbatana tərəf, Ağdib dağları isə güney və günçıxan istiqamətdə — Şəki vilayətinin ərazisinə qədər uzanırdı. Qanlı Qobu ilə Kür çayı arasındakı Palantökən dağları isə Çayqoşandan (Gəncə çayının Kürə qovuşduğu yer) Qanıx çayının mənsəbinə kiıni olan ərazidə yerləşirdi.

Quzey günçıxandan Gəncə vilayəti Şəki vilayətindən Samux dağları ilə ayrılırdı. Samux dağları (Qırmızı dağlar) və ya Qazannı dağları  Kürün sağ sahilində Çayqoşandan başlayıb Qarabağ düzünədək uzanırdı. Bu indiki Boz dağ adlanan silsiləyə uyğun gəlir.

Vilayətin dağətəyi zonası Gəncə, Qaltan, Ağdib, Qazannı dağlarının ətəklərindən ibarət idi. Ona görə «idi» yazırıq ki, Mingəçevir su anbarı yaradılarkən Gəncənin şimal-şərq əraziləri, xüsusilə dağətəyi rayonlar xeyli dəyişikliklərə məruz qalmışdır. Düzənlik hissə isə məhsuldar Kür vadisinin sağ və sol sahillərinin böyük bir ərazisini əhatə edirdi.   Burada ən geniş düzənlik Gəncə düzü idi ki, Zəyəm çayından başlayaraq İncəçaya qədər 2000 kvadrat verstlik sahəni tuturdu. Gəncə düzü ilə Qazax düzləri arasında Cəhir düzü, Qazannı dağlarının güney künçıxanında Acıbulaq düzləri meşə örtüyünün azlığı ilə fərqlənirdi. Kürün sol sahilində 600 verstlik Eldar düzü və qalın Samux meşələri Ağdib, Qaltan və Palantökən dağlarını əhatə edib, Qabırrı-Kür vadilərinə qədər uzanırdı.

Gəncə nahiyəsinin təbii-iqlim şəraitinə və təsərrüfat həyatında müstəsna rol oynayan çayları Kür sisteminə aid idi. Gəncə ərazisində Kür hündür dağların arası ilə axdığına görə suvarma üçün əlverişsiz idi. Lakin balıqçılıq və gəmiçilik nöqteyi-nəzərindən Kür çayı mühüm mövqeyə malik idi. Küriin sol qolları Qabırrı və Qanıx çayları Ağdib dağlarını dövrələyərək bir-birinə qovuşur və Kürə tökülürdülər. Onlardan fərqli olaraq Kürün sağ qollarından suvarmada geniş istifadə olunurdu. Gəncəçaydan 15, Quşqaradan 4 arx çəkilmişdi. Şamxor və Kürəkçaylarından da suvarma kanallanının çəkilməsi faktları məlumdur. Bu çayların əkinçilik mədəniyyətində və suvarmada mövqeyini «Gəncəbasar» və «‘Kürəkbasan» toponimləri də aydın göstərir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Qafqazın qərb regionlarına nisbətən yağıntıların daha az düşdüyü Gəncə, Qarabağ və Şirvan zonalarında süni suvarma müstəsna rol oynayırdı. Min illər boyu yüksək əkinçilik mədəniyyətinə yiyələnmiş Gəncə əhalisinin yetişdirdiyi məhsullar nəinki Tiflis, İrəvan, həmçinin Volqaboyunda və Mərkəzi Rusiya bazarlarında da böyük şöhrət qazanmışdı. XIX yüzilliyin əvvəllərində Gəncə dairəsini tədqiq edən Berq-Qoşveren Qurev «Geoqnostik icmal» ında yazırdı: «Bağların, əkinlərin süni suvarılmasına görə bu yerlərin əhalisi böyük şöhrət qazanmışlar. Onlar bütöv çayları xeyli yüksəkliyə qaldırıb, oradan müxtəlif yerlərə paylayırlar. Hətta bəzən adama elə gəlir ki, su üzü yuxarı, dağa axır. Əslində, bu, birləşmiş borular qanununa ziddir.. .

Gəncə vilayətində Kürün sağ qolları aşağıdakılar idi: başlanğıcını Şahdağdan götürən Çətindərə və Şəkərbəy çaylarının qovuşmasından yaranan Zəyəm çayı, onun qolu Cəhir çayı, mənbəyi

Xaçbulaq dağlarında olan Qoşqar-Xaçbulaq-Quşqara çayı, Qoşqar dağdan başlanan Şəmkir (Şamxor) və Zivlənçayla Alaxançallı çaylarırının qovuşmasından yaranan Gəncə çayları, Kəpəz yaxınlığındakı Omar daşdan başlanan Yuxarı Ağsu-Göy-göl-Aşağı Ağsu-Kürəkçay, Zazalı kəndi yaxınlığında Qarasu bulağından başlanan Korcay-Qarğılıçay, Murovdağdan başlanan Gorançay və İncəçay. Gorançay da Korçay və Kürəkçay kimi Qarğılıçaya tökülürdü. Qalan çaylar bilavasitə Kürə qovuşurdu.

Gəncə vilayətinin yuxarıda qısaca təsnifi verilən dağlıq və düzənlik yerlərində gəncəlilərin şəhərləri, kəndləri və yaylaqları səpələnmişdi. Qəbilə-tayfa münasibətləri hələ güclü olduğundan bu yaşayış məskənləri oymaqlar, obalar, elatlar və mahallar halında qruplaşırdı. Lakin biz, bütövlükdə vilayətin mahalları haqqında yox, XVIII yüzilliyin ortalarında yaranmış Gəncə xanlığının mahalları haqqında söhbət açacağıq. Çünki yuxarıda ötəri danışılan hadisələrin özündən də göründüyü kimi, Gəncə ərazisi sabit qalmamış, tədricən kiçilərək şəhərətrafı rayonları özündə birləşdirmişdir. Bu hal ilk dəfə II Uğurlu xan Ziyadoğlunun hakimliyi dövründə yenidən yaradılmış Gəncə bəylərbəyliyinin ərazisində müşahidə edilir. Məhz həmin ərazidə Nadir şahın ölümündən sonra bütün Azərbaycanı bürüyən milli azadlıq hərəkatının nəticəsində çoxsaylı dövlət qurumları, o, cümlədən Gəncə xanlığı da təşkil olunmusdu. Möhkəm qəbilə-tayfa münasibətlərinin mövcudluğu şəraitində xanlıqların yaranması qaçılmaz proses idi. Ona görə də əksər tədqiqatçıların bu dövr Azərbaycan tarixinin ən qaranlıq dövrü kimi səciyyələndirməsi fikri ilə razılaşmaq çətindir. Bu qiymət məsələnin mahiyyətinin xeyli sadələşdirilməsidir. Nəzərdən qaçırmaq lazım deyil ki, məhz xanlıqlar dövründə Azərbaycan itirdiyi müstəqilliyini geri qaytarmışdı. Xanlar müstəqil siyasət yürüdürdülər ki, qonşu dövlətlər bu faktorla hesablaşmalı olurdular. Beynəlxalq sənədlərdə Azərbaycan xanlıqları sözləri işlənməyə başlayır və onlar bilavasitə dövlətlərarası danışıqların obyektinə çevrilirlər. Qafqazı ələ keçirməyə can atan imperiyalardan biri olan Rusiya gecikmiş də olsa, öz mənafeyi naminə işlətsə belə, Azərbaycan xanlıqlarının müstəqil olduğunu etiraf edir. Beləliklə, dolayısı ilə özünün bu ərazini işğal etmiş olduğunu təsdiqləyir.

Toxunulması vacib olan məsələlərdən biri də odur ki, müstəqilliyə doğru inkişafimızın ilk mərhələsi sayılan xanlıqlar dövrünün özündə də Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmək meylləri açıq-aydın müşahidə olunurdu. Həmin məqsədi güdən Qaradağ və Urmi xanı Fətəli xan Əfşar, şəkili Hacı Çələbi xan, qubalı Fətəli xan konkret olaraq bu yolda fəaliyyət göstərirdilər. Lakin tarix Azərbaycanın vahid dövlət halında birləşməsinə imkan vermədi. Bu isə birinci novbədə təcavüzkar qonşuların ekspansionist xarici siyasəti ilə bağlı idi. Digər Azərbaycan xanlıqları kimi Gəncə də mahallara bölünürdü. Mahallar əsasən eyni tayfanın üzvlərindən ibarət olub, nəinki inzibati-ərazi bölgünü həm də müəyyən mənada xanlıqların iqtisadi-təsərrüfat bölgüsünü ifadə edirdi. Hər mahalın özünün hakimi (sultanı) və ya ağsaqqalı (yüzbaşısı) olurdu. XVIII yüzilhkdə Gəncə xanlığının ərazisində aşağıdakı mahallar var idi:

-Ayrım. Ərazisinə görə Gəncənin ən böyük mahallarından idi. O, günbatanda Göyçə dağlarından baslayıb, Gəncə çayının yuxarı axarlarına kimi geniş bir sahəni əhatə edirdi. İndiki Gədəbəy və Daşkəsən rayonlarının ərazisi Ayrım ellərinin məskunlaşdığı mahalın ərazisi ilə təxminən üst-üstə düşür. Yay mövsümündə Gəncə şəhərindən İrəvan, Naxçıvan, Türkiyəyə gedən ticarət yolu Ayrım mahalından keçirdi. Əhalisi qədim Azərbaycan türklərinin soykökündə duran tayfalardan olan ayrımlardan ibarət idi. Onların əsas məşğuliyyəti maldarlıq və arıçılıq olduğuna görə Qazax, Şəmşəddil, Zəyəm və Şəmkir mahallarına da yayılmışdır. Gəncə xanlığı ləğv edildikdən sonra Ayrım mahalına xeyli erməni və rus əhalisi də köçürülmüşdü ki, bu haqda aşağıda ətraflı söhbət gedəcəkdir. 1804-cü ildə 15 kəndi, 2033 nəfər əhalisi, 1853-cü ildə 67 kəndi olduğu göstərilir. Onu da qeyd edək ki, bu bilgilər o qədər də mötəbər mənbələrdən alınmamışdır. Çünki burada ayrım mahalının kəndləri qonşu mahalların kəndləri ilə qarışdırılmışdır.

-Şəmşəddil. Həsənsu, Tovuz və Axınca çaylarının vadisində (indiki Ermənistanın Şəmşəddil və Azərbaycanın Tovuz rayonunun ərazisi) yerləşən ikinci böyük mahal idi. XIX yüzilliyin əvvəllərində 2300 ailədən ibarət 33 kəndin olduğu məlumdur. Əhalisinin əsas məşğuliyyəti maldarlıq və əkinçilik idi. Zülqədər-qızılbaşların bir qolu olan şəmşəddilli tayfasının mülkü hesab olunurdu. Cavad xanla şəxsi düşmənçilik aparan Nəsib sultanın dövründə ixtilaf almasına çevrilmişdi.

-Zəyəm. Zəyəm və Cəhir çayları vadisində, Cəhir düzündə yerləşirdi. XVI-XVII əsrlərdə şimal-qərbi Azərbaycanın iqtisadi və siyasi həyatında mühüm movqeyə malik olsa da XVIII yüzillikdə özünün əvvəlki rolunu və əhəmiyyətini itirmişdi. 7 kənddə yerləşən əhalisinin əkinçilik və maldarlıqla məşğul olması haqqında məlumat verilir. Zülqədər-şəmşəddilli tayasının mülkü idi.

-Şəmkir. Şamxor çayının aşağı axarları boyunca 668 evdən ibarət 7 kəndi əhatə edirdi. Əhalisinin əsasən taxılçılıqla məşğul olması göstərilir. Zülqədər-qızılbaş tayfasının mülkü idi. XVIII yüzilliyin sonunda ermənilər, XIX yüzilliyin I rübündə isə vürtemberq almanları burada məskunlasmışdı.

-Balçılı. Quşqaraçay vadisində 17 para kənd olmuşdur. Əhasinin əsas məşğuliyyəti arıçılıq, bağçılıq, kömürçülük imiş.

-Gəncəbasar. Gəncə vilayətinin tarixi nüvəsini təşkil edən bu mahal Gəncəçay vadisində yerləşirdi. Ərazisi dağlıq (Dağ mahalı), dağətəyi (xanlıqlar) və düzənlik (Ağkörpüdən Çayqoşana kimi) hissələrdən ibarət idi. 1831-ci il siyahısında ayrıca ərazi vahidi kimi göstərilən Dağ mahalı əhalisində Gəncə şəhər əhalisinin və Gəncəbasar kəndlərinin yaylaq yerlərindən başqa bir şey deyildi. Əsasən yay-payız aylarında istifadə olunurdu. Yay vaxtlarında havanın 38-46° temperatura qədər yüksəldiyi Gəncəbasarm aran yerləri üçün Dağ mahalının böyük əhəmiyyəti var idi. Bu ərazinin 1831 və 1853-cü il siyahıyalmalaraında ayrıca ərazi vahidi kimi göstərilməsi faktı onun əhalisinin etnik tərkibinə   əsaslanır. Əhalinin etnik tərkibi isə l804-cü ildən, xüsusilə 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra çox güclü kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalmışıdı ki, bu barədə daha ətraflı məlumat «Demoqrafik prosesler, əhalinin etnik tərkibi» bölməsində veriləcəkdir. Gəncəbasar əhalisinin (Gəncə şəhəri istisna olmaqla) əsas məşğuliyyəti bağçılıq, ipəkçilik, əkinçilik, xalçaçılıq, heyvandarlıq, dağ-mədən işi idi.

-Samux. Mahalın adı xarabalıqları qalın Samux meşələrində hələ XX yüzilliyin başlanğıcında qalmaqda olan Samux şəhərinin adındandır. Kürün hər iki sahillərində yerləşməklə Qazannı dağlarının ətəklərini və Qanlı qobu ilə Qabırrı vadisi arasında olan əraziləri əhatə edirdi. İndi ərazisinin çox hissəsi Mingəçevir su anbarının altında qalıb. 1804-cü ildə 400 evi, 1831-ci ildə 330 evdən ibarət 9 kəndi, 1853-cü ildə 10 kəndi olduğu göstərilir. Əhalisi əkinçilik (taxıl, pambıq və bostan məhsulları), ipəkçilik , xalçaçılıq və bağçılıqla məşğul olurdu. Gəncədən Şəkiyə və Tiflisə gedən ikinci yol buradan (Mingəçevir keçidi vasitəsi ilə) keçiridi. XIX əsrin əvvəllərində Gəncə xanlarının vassalı Şirin bəyin mülkü idi.

Kürəkbasan. Kürəkçay və Gorançay vadilərini əhatə edən bu mahalın ərazisi indiki Goranboy rayonunun torpaqlarına düşür. Əhalisi əkinçilik (taxıl, pambıq), bağçılıq və heyvandarlıqla məşğul olurdular. 1831-ci ildə 651 evi olan 12 kəndi, 1853-cü ildə 11 kəndi olduğu göstərilir. XIX yüzilliyin ortalarında bir kəndin əskik göstərilməsinin səbəbini Çələbyurd kəndinin (sonralar Çelaberti adlandırılan kənd) süni olaraq «yeni yaradılmış» Dağ mahalının tərkibinə daxil edilməsində axtarmaq lazımdır.

-İyirmi dörd. Mərkəzi Bərdə olan bu mahal Tərtərçay və İncəçayın aşağı vadilərini əhatə edirdi. Mahalın adı XVI yuzilliyin əvvəllərində öz aralarında ittifaq bağlamış kiçik türk tayfalarının sayını göstərir. Tayfa ittifaqına Ziyadoğlu-qacarlar başçılıq edirdilər. Böyük Şah Abbas zamanı Peykər xan Ziyadoğlu, Nadir Şah zamanı isə II Uğurlu xanın qardaşı Həsənəli xanın idarəsi altında olmuşdur. Sonralar Pənahəli xan Cavanşir bu mahalı Qarabağ xanldığına birləşdirmişdi. Gəncədən Şamaxıya və Bakıya gedən qədim Karvan yolu buradan keçirdi. Göründüyü kimi Gəncə vilayəti səkkiz mahalı əhatə edirdi. (Doqquzuncu İyirmi dörd mahalını nəzərə almasaq) həmin mahallardan başqa nisbətən kiçik birliklər-obalar (Qarasaqqal Eldar, Alpout, Cırdaxan, Qırıxlı), şenliklər (Düyərli, Qaracəmirli) də  Gəncə  torpaqlarında  idi.  Bu  torpaqlar  həmçinin  təbii sərvətlərinə   və   faydalı   qazıntılarına   görə   də   Qafqazda özünəməxsus əhəmiyyətli yer tuturdu. Q. Moskviçin obrazlı şəkildə dediyi kimi  «təbiət heç nəyi  əsirgəməyib,  zəngin sərvətlərini burada çox   böyük səxavətlə yerləşdirmişdi». Hələ xanlıqlar dövründə burada kustar üsulla zəy (Zəylik), dəmir filizi (Çovdar, Quşçu, Daşkəsən), mis (Gədəbəy, Qalakənd), qızıl   (Quşqara,   Zəyəm   çaylarının   yataqlarında),   mərmər (Daşkəsən), tuf daşı (Murut, traxit (Cillik dağ), təbaşir (Zazalı, Çıraqlı), gəc (Quru qobu,  Zəyəm, Xanlıqlar),  neft (Mancur üzümlüyü) çıxanlması məlumdur. 1804-cü ildə Gəncəni tutan Sisianovun ilk əmrlərindən birində Gəncəbasarın çuqun və dəmir istehsalı üzərində dövlət nəzarəti qoyulmasından danışılır.   Tezliklə   təşkil  olunmuş xüsusi   təyinatlı   geoqrafit ekspedisiya Gəncə dairəsinin yer quruluşunu öyrənməyə başlayır. XIX yüzilliyin 50-70-ci illərindən etibarən Rusiya əmtəə bazarının xammal mənbələrindən birinə cevrilən Gəncə iqtisadi zonasında mərmər, yəşəm daşı, nefrit, traxit, barit, boksit, alunit,

kobalt,  qızıl, gümüş,  qurğuşun, sumbata, azbest, mis, dəmir filizləri, zəy yataqlarının istismarına başlanılır.    Keçən əsrin birinci yarısında Qafqaz diyarırının hərbi-siyasi işğalı vəzifəsini yerinə yetirən çar hökuməti buranı Rusiyanın «yeni Şərqi Hindistanına» çevirir.  Beləliklə «rus kapitalizmi Qafqazı   dünya   əmtəə   tədavülünə   cəlb   edir,   onun   yerli xüsusiyyətlərini-qədim patriarxal qapalılıq qalıqlarını  aradan qaldırır və öz fabrikləri üçün bazar yaradırdı». İqtisadi həyatda baş verən belə dəyişikliklər qəbilə-tayfa münasibətlərini əks etdirən mahal-oba strukturlarına da öz təsirini göstərməyə bilməzdi. Onlar xalqın həyatında dərin izlər qoysalar da, ömrünü başa vurub tədricən tarix səhnəsindən çıxırlar. Beləliklə, tarixən formalaşmış təsərrüfat həyatının, maddi və mənəvi mədəniyyətinin bəzi xüsusiyyətlərinə (yaşayış evləri, geyim, dialekt-ləhcə, adət-ənənələr) görə Gəncə vilayəti Azərbaycanın digər etnoqrafik-tarixi, iqtisadi-coğrafi rayonlarından fərqlənirdi. Göründüyü kimi hələ qədim dövrlərdən Azərbaycanın sənətkarlıq və ticarət mərkəzlərindən biri sayılan Gəncə şəhəri vilayətin həm iqtisadi, həm də siyasi həyatında aparıcı mövqeyə malik idi.

 

Məqalə mərhum tarixçi Fərrux Əhmədovun      “Gəncənin tarix yaddaçı” kitabından götürülmüşdür

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *