12.10.2011/15:35; İran dünyada ikinci qaz və neft ölkəsidir

İran dünyada ikinci qaz və neft ölkəsidir

İranın neft naziri Мəsud Мirkazımi bildirmişdir ki, ölkədə neftin araşdırılmış ehtiyatları əvvəlki 138 milyard bareldən 150,3-ə milyard barellə qədər artmışdır ki, bu da İrana yenidən Səudiyyə Ərəbistanından sonra dünyada ikinci yerə çıxmağa imkan vermişdir.

Nazirin sözlərinə görə, bu rəqəm yeni neft yatağı və neft çıxardılması haqqında  ən son  informasiyanın tədqiqatı əsasında alınmışdır.

O bildirmişdir ki, yaxın vaxtlarda İranın Hörmüz əyalətində 70 milyard kub metr ehtiyatı olan yeni qaz yatağı aşkar edilmişdir. Beləliklə, İranda təbii qazın ümumi ehtiyatları 33,1 trilyon kub metrə çatmışdır.

İran Səudiyyə Ərəbistanından sonra OPEK-də ikinci ən böyük eksportçudur. Təbii qazın ehtiyatları üzrə  o Rusiyadan sonra dünyada ikinci yeri tutur.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *