03.09.2019/14:28;Patruşev sabah Bakıya gələcək

Patruşev sabah Bakıya gələcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək. Bakıda o təhlükəsizlik üzrə Rusiya-Azərbaycan məsləhətləşmələri keçiriləcək, RF Təhlükəsizlik Şurası aparatının mətbuat xidmətindən belə məlumat verilib.

«Bakıda Patruşev təhlükəsizlik üzrə Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq», — TASS-ın mətbuat xidməti belə bir sitat gətirir.

O, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, həmçinin bir sıra nazirlik və idarələrin nümayəndələri ilə də görüşəcək,- Rusiya Təhlükəsizlik Şurasının aparatında belə bildirilib.