16.08.2019/10:13; Alman köçkünləri Azərbaycanda — 120 illik tərəqqi və ani sonluq

Alman köçkünləri Azərbaycanda — 120 illik tərəqqi və ani sonluq

1939-ci ildə Azərbaycan əhalisinin siyahıya alınmasına baxanda,  maraqlı bir rəqəm — «Azərbaycanda almanların sayı» diqqəti cəlb edir. Onların sayı 23 133 nəfər olmuşdur!

Bu o dövrdə  gürcü, kürd və türklərin birlikdə götürüldüyü rəqəmdən çoxdur. Azərbaycan əhalisinin özü isə  cəmi 3 milyon idi . Belə güclü diaspora haradan gəlib və o, bu gün hara yoxa çıxıb?

 Azərbaycanlı almanların  tarixi

Əlbəttə,  almanların Azərbaycanda o dövrdəki sayı barədə bu rəqəm adamda heyrət doğurmaya bilmir.  Onların  Şimali Azərbaycanın bir çox rayonlarında mövcudluğu danılmazdır, Bakıdakı lüteran kirxası isə (Xilaskar Kilsəsi) ondan xəbər verir ki, bunlar paytaxt əhalisinin əhəmiyyətli hissəsini təşkil etmişlər.

Amma «cavanlığına görə» XIX əsrin sonunda tikildiyini bildiyimiz halda  bu neoqotik üslubda gözəl binanın yanından biganə keçmək mümkün deyil.  Almanların Azərbaycana  gəlməsi də,  kirxa da məhz elə neft bumu ilə bağlıdır. Belə ki, Nobel qardaşları kilsəsinin tikintisində fəal iştirak etmişlər. Amma bütün bunların hamısı daha maraqlıdır.

Şvablar — almanlar, Azərbaycanı «səfalı yer» hesab etmişlər.

Qədim Alman tayfalarının  biri olan Şvablar (svebob) ta qədim zamanlardan bu günümüzədək nəsə Bavariya və ya saksoniya tipli öz alman dili dialektini yaşatmışlar.

Onlar Almaniyanın cənubunda  İsveçrə və Fransa ilə sərhədyanı rayonlarda, Şvabiya  adlanan tarixi vilayətdə yaşayırlar. Onların Bavariya torpaqları tərkibində öz inzibati dairələri mövcuddur. Şvabiya  dairəsində təxminən 2 mln. nəfər alman yaşayır.

 Almanları Fransa və İsveçrədə çox vaxt şvablar deyə  çağırırlar

Orta əsrlərdə şvablar  Avropa tarixində mühüm rol oynayıb. 1331-ci ildə 22 şvab şəhərini birləşdirən Şvab ittifaqı öz qaydalarını  dövlətlərə və hökumətlərə diktə edən real qüvvə idi.

Ancaq daxili çəkişmələr onun gücünü sarsıdır və artıq 1499-ci ildə  o, İsveçrə ittifaqına müharibəni uduzur. 1534-cü  il İslahları isə onu birdəfəlik  dağıdır.

XIX əsrin əvvəllərində,  əsasən kəndli şvablar, bir neçə ölkənin geniş ərazilərində yaşayırdılar.

Və bu zaman Napoleon müharibələri dövrü başlayır.

Şvab torpaqları bir neçə illər  talan edilir ki,  bu da  yerli sakinlərin nəslinin kəsilmək təhlükəsi yaradır — onlar miqrasiya etməyə  başlayırlar. Onların bir çoxu Ukraynada — Qara dənizin sahillərində məskən salırlar, ancaq onların  bir hissəsi əzmlə Zaqafqaziyaya  getməyə can atırlar.

Bunlar Lüteran Kilsəsinin daxilində yaranmış pietizm dini istiqamətli cərəyanın nümayəndələri idilər.

Halbuki bu cərəyanın özü  kifayət qədər erkən — hələ 17-cu əsrdə formalaşmışdır və 19-cu əsrin əvvəllərində baş verən hadisələrin fonunda piyetizm tərəfdarılarının təqibi başlamışdır.

Və elə  bu zaman, Vürtemberq separatçıları arasında Azərbaycan ərazisində yerləşən «Səfalı yer»  ideyası yaranmağa başlayır.

 Vürtemberqdən olan  alman şvabların milli geyimi

Vürtemberq — Şvabiyanın bir hissəsi olan tarixi vilayətdir. . Bir vaxtlar krallıq (15251918), sonra respublika (19181945) olmuşdur. Baş şəhəri Ştutqartdır .

Niyə və nəyə görə  almanların heç vaxt görmədikləri və təsəvvürləri olmadəğı bu yerləri seçmələri  indiyədək sirr olaraq qalır. Ola bilsin ki,  Azərbaycan quberniyalarında bir çox millətlərə və dinlərə mənsub

olan insanların heç bir maneə olmamasından irəli gəlmmişdir.

Bəlkə də onlar  xristian təqibləri olmayan, İslam və Xristianlığın sülh şəraitində yaşadığı dinc  yer axtarırdılar. Beləliklə onlar  1818-ci ilin sonunda 500 nəfərə yaxın bir dəstə ilə Azərbaycana, Yelizavetpola (Gəncə) köç edirlər.

Demək lazımdır ki, almanların köçürülməsinə Rusiya hökuməti o zaman üçün böyük məbləğ olan 697 500 rubl gümüş pulla maliyyə dəstəyi göstərmişdir. Bu, qarşılıqlı faydalı layihə idi. Almanlar «Səfalı yer»lərə sahib olmuş,   Rusiya isə kənd təsərrüfatının yeni üsullarla aparılmasına və regionun xristianlaşmasına  nail olmuşlar.

Amma bu, müəyyən problemlər də yaratmışdır. Hökumətə almanların boş yerlərə  köçürmək sərfəli idi, onlar isə özləri yer seçmək istəyirdilər. Xoşbəxtlikdən yerli hakimiyyət, sakinlər çıxılmaz vəziyyətdə qoymamış, onlara borc pul verilmişdir. Mühafizə altında olan 118 ailədən ibarət olan  ilk alman partiyası qış mövsümünü gözləmək imkanı verilmiş və şəhərdən 10 km aralıda, Gəncə çayının sağ sahilində yerləşdirilmişlər.

İlk alman yaşayış məskəni olan və hazırda rayon mərkəzi Göygöl kimi yaxşı tanınan Yelendorf belə yaradılmışdır, . O Zaqafqaziyada bütün almanların baş şəhərinə çevrilmişdir.

Bundan sonra isə hökumət və almanlar nə vaxtsa insanların yaşadıqları ərazidə almanların  yerləşməsi barədə razılığa gəlmişlər.  Belə ki, nisbətən yeni gələn almanların (67 ailə) ikinci yaşayış məskəni Annenfeld tənəzzül dövrünü yaşayan Şəmkir oldu.

Şəmkir qədim zamanlardan — V əsrdən  çiçəklənən məşhur bir şəhərcik idi. Şəhər daxili müharibələrdən rus qoşunları tərəfindən işğal olunmasından (1803 -cü il) sonra tənəzzülə uğramışdı.

1819-ci il ərzində Yekaterinenfeld və Aleksanderqilfdə (hazırda bu əhalisi əsasən azərbaycanlıların yaşadıqları  Gürcüstan ərazisidir )almanların  daha iki kaloniyası  yarandı. Orada 116 ailə yaşayırdı.

Azərbaycanda  alman qəsəbələri

Sonradan Şvabiyadan gələn kompakt alman  icmalarının sayı səkkizə çatdırıldı.

Yelenendorf (Göygöl), Annenfeld (Şəmkir),  Alekseyevka, Elizavetinka (Ağstafa), Qeorqsfeld (Çinarlı, Şəmkir),  Qryünfeld, Traubenfeld (Tovuz) və Eyqenfeld (İrmaşlı, Şəmkir) kimi qəsəbələ indiki Ağstafa, Göygöl, Qazax, Şəmkir və Tovuz rayonları ərazilərində yerləşmişlər.

Qeorqsfeld vəTraubenfeld koloniyaları sonradan Yelenendorfdan aralanaraq əmələ gəlmişdir.

Hökumət bu kaloniyalara elə-belə  maddi yardım etmirdi. Subsidiya isə məskunlaşmadan sonra da davam edirdi. Almanlar üçün ev tikmək, ev heyvanları almaq, kənd təsərrüfatının inkişafı üçün  kreditlər verirdilər. Hər bir ailəyə 30 desyatin torpaq sahəsi ayrılırdı. 1823-ci ildə ayrılan məbləğ 1 066 000 rubl gümüşə bərabər idi. Bütün bu işlərin hamısı üzümçülüyü və şərabçılığı inkişaf etdirmək, prinsipcə onu yeni — avropa səviyyəsinə qaldırmaq üçün edilirdi.

 

Həmin yerlər bu gün . Şvablar tərəfindən salınan, yenidən son texnika ilə təchiz edilmiş zavod, eləcə də  üzüm plantasiyaları indiyədək fəaliyyət göstərir.

Fransa ilə həmsərhəd cənub bölgələrindənolan kiəndlilər  bu bu işlərdən əla baş çıxarırdılar.

Əməyə yanaşma ilə Qafqaz və eləcə də  Rusiyada yaşayan İnsanlardan fərqlənir və şəraitə tez uyğunlaşmışlar.  Mahiyyət etibarı ilə , almanlar Azərbaycanın iqtisadi inkişafına üç  istiqamətdə  təkan vermişdir:

  1. Üzümçülük və şərabçılıq     

Onlar Şimali Azərbaycanda məskunlaşdıqları gündən ilk üzüm bağlarını salmağa başlamış və artıq 1860-ci ildə sənaye əsasında sabit şərab istehsalına  başlamışlar.

1892-ci ildə, Yelenendorfda «Forer Qardaşları» şirkəti, Azərbaycan ərazisində ilk konyak zavodu açır. 1895-ci ildə «Qummel Qardaşları » daha bir zavod tikir.  Hər iki müəssisə son texnika ilə təchiz edilmişlər.  Həmin zavodlarda  təkcə Rusiyada deyil, Avropada da reallaşdırılan  bütün növ şərablar ıristehsal olunurdu.

Bakıda Tarqovoy meydanında  Alman Konkordiya kooperativinin şərab mağazası

1901-ci ildən 1882-ci ilədək, Yelenendorfun alman şərabı müxtəlif beynəlxalq müsabiqələrdə 10 qızıl medal əldə edərək 20 dəfədən çox mükafatlandırılmışdır. 19-ci əsrin sonuna, təkcə 10 meyvə-şərab və bir pivə zavodu var idi.

 

 

Yelenendorfda məskunlaşan almanlar üzüm (Azərbaycan) yığırlar

  1. İpəkçilik

1841-ci ildə hökumət ipəkçiliyin inkişafı üçün almanlardan istifadə etməyə başlayır.  Bunun üçün almanlardan beş oğlan uşağını ipəkçiliyi öyrənmək üçün Nuxaya (Şəki)  göndərir. 14 min tut ağacı əkilir. Artıq 1845-ci ildə alman icmasındaıi  40 evdə baramaçılıq təsərrüfatı inkişaf etməyə başlayır. .

  1. Zənginləşdirilmiş mineral su istehsalı

1886-ci ildə Yelenendorfda ciddi həkim nəzarəti altında süni mineral su zavodu açılır.

Almanlar Azərbaycanda ləyaqətli həyat tərzi quraraq  öz məktəblərini, kilsələrini və bütün lazımi infrastrukturu qura bilmişlər. Onların Azərbaycandakı  ilk yaşayış məntəqələri 20-ci əsrdə  kiçik şəhərciklərə çevrilmiş və onlar yaşayış tərzinə görə Azərbaycanda orta göstəricidən daha yaxşı yaşamışlar.  Bu onların əməksevərliyi və hökumətin onlara maddi güzəştlər verməsi ilə izah olunurdu.

1846-cı ildə əhalinin siyahıyaalmasına görə Yelenendorfda (Göygöl) məskunlaşan  almanların sayı 609 nəfər olmuşdur, 1926-ci ildə isə onların satı 6 dəfə artmış və əlavə  iki koloniya əmələ gəlmişdir.

 Bakı almanları

Bakı almanlarında vəziyyət bir qədər fərqli idi. Neft bumu fonunda, onlar 19-cu əsrin 70-cı illərininin əvvəlində, təhkimçilik hüququnun ləğvindən sonra  (1983-ci il yanvarın 1-dən) də fəal şəkildə Bakıya gəlməyə başlamışlar.

XV əsrdən başlayaraq Rusiyada pul verib təhkimçilikdən azad olma sistemi  vasitəsilə dövlət xəzinəsinə gəlirlərin yığılması tətbiq olunmağa başlamışdır. Pulla azdolma sistemi öz-özlüyündə pulla azad olunanlara  əhalidən dövlət vergilərinin yığılması və müəyyən malların realizə etməsi hüququ verirdi.

Bütün bunlar Almaniyanın sənayecə insanlar inkişaf etmiş bölgələrindən olan təşəbbüskar və fəal insanlara da şamil edilirdi.  Bundan başqa, almanların avropanın ən yaxşı fəhləsi kimi şöhrətini nəzərə  alaraq,  özəl neft sənayesinə gətirilirdi.

Beləliklə Rixard Zorgenin 30 yaşlı atası Vilhelm Qustav da 1882-ci ildə bu yolla   Bakıya gəlmişdir.

Bu vaxt Bakı dəhşətli dərəcədə sürətlə böyüyürdü. Əgər 1859-ci ildə Köhnə Şəhərin sərhədlərində, əhalinin sayı cəmi 12 191 nəfər təşkil edirdisə (onların 99% -i azərbaycanlılar idi),  1897-ci ildə  bu rəqəm 111 904 nəfərə çatmışdır ki, onların da 2/3 hissəsi gəlmələr idi.

Bunlar əsasən Rusiya imperiyasının vətəndaşları idilər, həm də onların arasında əcnəbilər də çoxluq təşkil edirdilər. 1913-ci ilin siyahıyaalınmasına görə, Bakıda 3 274 alman yaşayırdı. Ancaq onları şvablardan fərqli olaraq «imperiya almanları» adlandırırdılar.

Almanlar nəinki  neft sənayesində işləyir və eləcə də paytaxtın yeni simasının yaradılmasında fəal iştirak edirdilər. Alman memarları — azərbaycan memarlığına yeni istiqamət verərək,  qabaqcıl avropa ilə şərq motivlərinin birləşdirərək ona yeni milli-romantik sima vermişlər.

Eyxler bulvarın planının hazırlanmasında, kilsənin və Aşumov məscidinnin layihələşdirilməsində , fəal iştirak etmişdir.

Edel onlarla yaşayış evi tikmişdir. Bu gün onlardan 11-i memarlıq abidələri olaraq qalır.  Demək olar ki, Tağıyev qardaşlarından tutmuş  Mitrofanovun evinə qədər bütün Bakı milyonçularının evləri, onun layihələridir.

Fon — der Nonne  Azneft meydanını, Debura malikanəsini (hazırda təsviri incəsənət Muzeyi) layihələşdirmişdir.

Pravoslav kilsəsinin (Aleksandr Nevski məbədi) layihəsini almaniyalı Marfeld yaratmışdır. Məbədin ilk özül daşının qoyulmasında iştirak etmək üçün  imperator III Aleksandr  Bakıya gəlmişdir.

Təəssüf ki,  Rusiya və Almaniyanın bir-birinə  düşmən mövqedə dayandığı Birinci Dünya müharibəsi yaxınlaşdıqca, almanların vəziyyəti pisləşməyə başladı. Onlara əvvəlcə torpaq almaq qadağan edildi (varlanmış kolonistlər 1910-ci ildən 1914-ci ilədək dövr ərzində 20 000 min desyatin torpaq almışdılar) sonra isə Rusiya vətəndaşlığı olmayan bütün şəxsləri həbs etməyə başladılar.

Alman qəzetlərinin buraxılışına məhdudiyyət qoyuldu,onlara tarixi vətənləri ilə  bütün əlaqələrə qadağa tətbiq edildi, sonradan isə toponimləri rus dilinə  dəyişməyə başladılar. Belə ki, 1915-ci ildə Yelenendorf Yelenino, Annenfeld Annino adlanmağa başladı.

Yeri gəlmişkən, Azərbaycan almanlarının bəxti gətirdi. Belə ki, I Dünya Müharibəsində rus ordusunun məğlubiyyət fonunda, Rusiya və Ukraynada yaşayan almanlara qarşı talanlar başladı, onların  torpaqları əllərindən alındı, onlara qarşı kütləvi deportasiyalar başladı (bu yolla hökuməti rus kəndliləri  və almanlar arasında ehtirasların gərginliyi azaltmağa çalışırdı).  Müharibə ərzində qərb quberniyalarından 500 mindən çox alman deportasiya olundu.

İş o yerə çatmışdı ki, Sankt-Peterburqda Almaniya səfirliyi dağıdıldı.

Azərbaycanda isə ciddi nəzarəti altında olsalar da, şvablar alman məktəbinə gedir, öz məbədlərini ziyarət və dinc fəaliyyətlərini davam etdirirdilər.

Almanların Azərbaycandan deportasiya olunması

1917-ci il Fevral ayı inqilabından sonra, almanlara qoyulan  bütün məhdudiyyətlər aradan götürülür, ADR-in qəbul olunmuş «Müstəqillik Haqqında Aktı» isə almanlar qarşısında yeni perspektivləraçır . Almanların nümayəndəsi ( L. Y. Kun )  ilk dəfə olaraq gənc respublikanın parlamentə nümayəndə seçilir.

Hətta 9 iyun 1919-ci ildə dövlətin dəstəyi ilə almanların Azərbaycana köçürülməsinin 100 illiyi qeyd edilmişdir.

Bolşeviklərin hakimiyyətə gəldikdən sonra inkişaf vektoru bir qədər dəyişirmişdir. Alman koloniyalarının kollektivləşməyə məruz qalması varlı alman kəndlilərinin iflasa uğramasına bərabər idi.

30-cı illərdə repressiyalar başlayır, Azərbaycanda yaşayan  bir çox almanlar həbs edilir və Belomorkanalın  tikintisinə göndərilir. Onların arasında  müasir şərabçılıq metodlarını ölkəyə gətirən Forer və Qummel də var idilər.

Bu dövrdə Alman kaloniyalarının  məcburi şəkildə Sibirə və Qazaxıstana köçürülməsi barədə qərar verilir. Qərara əsasən 1941-ci ilin oktyabr ayında alman millətindən olan 22 141 nəfər şəxs ölkədən köçürülür.

 Azərbaycan almanlarının deportasiyası marşrutu

Azərbaycanda demək olar ki,  alman qalmayıb. Onların yalnız kiçik hissəsi  repressiya illərində soyadı və milliyyətini dəyişərək Bakıda yaşamaqda davam etmişlər.

SSRİ dağılandan sonra, bəzi alman nəsillərindən qalanlar  Milli-mədəni cəmiyyətlərini, yaradaraq (1992-ci il) azərbaycanlı almanlardan taparaq onları birləşdirməyə çalışmışlar.

Alman şvablarının yeni nəsli öz  əcdadlarımının xatirəsini yad etmək üçün Azərbaycana -Yelenendorf