26.07.2019/10:33;ABŞ hakimiyyəti Türkiyədən Rusiyanın С-400 zenit-raket kompleksini işə salmamağı xahiş edirlər

ABŞ hakimiyyəti Türkiyədən Rusiyanın С-400 zenit-raket kompleksini işə salmamağı xahiş edirlər

Amerikanın nüfuzlu senatoru Lindsi Qrem bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyədə Rusiyanın С-400 Zenit-raket Komplekslərinin işə salınmaması barədə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğludan xahiş etsin. Əgər belə olarsa ABŞ Türkiyəyə sanksiyalar tətbiq etməyəcək.

«Mən də o əqidədəyəm ki, əgər onlar С-400 kompleksini işə salmamasa sanksiyalara ehtiyac qalmayacaq.
Gəlin С-400-ü bir kənara qoyaq, gəlin azad ticarət haqqında saziş barədə danışıqlara başlayaq» — Defense One nəşri onun bu sözlərini sitat gətirir.

Rusiyanın С-400- zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi iyulun 15-də başlayıb. Bundan sonra Rəcəb Tayyib Ərdoğan С-400 -ü dünyada ən güclü Hava Hücumundan Müdafiə sistemi adlandırıb.
С-400-lə bağlı hər iki ölkə arasında 2017-ci ildə 2,5 milyard dollarlıq müqavilə imzalanıb. Sövdələşmənin bir hissəsini Türkiyə özü ödəyəcək, bir hissəsi isə Rusiya krediti ilə ödəniləcək.
Türkiyə Belorusiya və Çindən sonra С-400 Triumfuna sahib olan üçüncü ölkə oldu.

Bu yeni Rusiya HHM sistemi beynəlxalq qalmaqala səbəb olub: Birləşmiş Ştatlar Türkiyədən С-400 raket kompleksi haqqında sövdələşməsindən imtina etməyi və onun əvəzinə Patriot Raket komplekslərini almağı tələb etmişlər.
Türkiyənin sövdələşmədən İmtina edəcəyi təqdirdə, Vaşinqton Ankaraya yeni F-35 qırıcı təyyarələrinin satışının ləngidilməsi və ya ümumiyyətlə, ləğv olunmaması mümkünlüyünü də istisna etməyib, amma Türkiyə güzəştə getməkdən imtina edbi.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu, Yaponiyanın Осакa şəhərində keçirilən G20 ölkələrin liderlərinin sammitdən sonra bəyan edib ki, ABŞ və Türkiyə arasında vəziyyət daha gərgin olaraq qalır.