16.07.2019/16:48; Bakıda Ümumdünya İslam Kulinariyası konqresi keçirilir

Bakıda Ümumdünya İslam Kulinariyası konqresi keçirilir

Ümumdünya İslam Kulinariyası konqresii Bakıda ilk dəfə keçirilir. Ötən gün onun açılışı olub və konqres iyulun 19-dək davam edəcək.
Ümumdünya İslam Kulinariyası Assosiasiyası (WICS), Azərbaycanın Turizm üzrə Dövlət Agentliyi, Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası tərəfindən təşkil edilən bu konqresdə 25 ölkənin nümayəndələri iştirak edəcəklər.

Konqres çərçivəsində İslam Mətbəxi Günləri, Halal Məhsullar Sərgisi, II İslam Mətbəxi Çempionatı (ilk dəfə 2009-ci ildə Bakıda keçirilib) keçiriləcək. Həmçinin WICS kateqoriyalı kurslar, treninqlər və seminarlar II WICS konfransı təşkil olunacaq. Bundan başqa restoranlara və aşpazlara ilk dəfə Hilal Star-ın veriməsinin təqdimat mərasimi keçiriləcək.

«Kulinarlar müxtəlif dərəcələrdə öz məharətlərini göstərəcəklər», — bu barədə Milli Kulinariya Assosiasiyasının prezidenti, milli kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanov məlumat verib. Onların sırasında » Bəy və gəlin süfrəsi «, «Qonaq süfrəsi «, «Otellərdə səhər yeməyi» və digər kateqoriyalar özünəməxsus yer tutacaq , o belə bildirib.

» Təamların dadı,xarici görünüşü, isti yeməklərin orijinallığı, peşəkar aşpazların ustalığı beynəlxalq münsiflər heyəti tərəfindən100 ballıq sistem üzrə qiymətləndiriləcək», — Trend Əmiraslanovun sözlərini sitat gətirib.

«Yarışlar komanda və fərdi qaydad keçiriləcək», — Milli Kulinariya Assosiasiyasının prezidenti belə bildirib və əlavə edib ki, » qaliblər və mükafatçılar müxtəlif nominasiyalarda qeyd olunacaq».