15.07.2019/09:29;»İran ABŞ ilə danışıqlara hazırdır, əgər …»

«İran ABŞ ilə danışıqlara hazırdır, əgər …»

İran prezidenti Həsən Ruhani Şimali Xorasana səfəri zamanı ABŞ ilə danışıqların başlanması üçün ilkin şərtini səsləndirib.

«Əgər onlar Tehrana qarşı sanksiyaları götürərsə, iqtisadi təzyiqə son qoyarsa və İranla nüvə sazişinə qayıdarsa, İran ABŞ ilə danışıqlara hazırdır «, — TASS onun sözlərini sitat gətirir.

Bu zaman İran prezidenti bildirib ki, Tehran daha «strateji səbr siyasətilə» məşğul olmayacaq və o, hər aqressiv aktın əvəzinə cavab verməli olacaq.