15.07.2019/08:57;Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi

Mətbuat Şurasının sədri Baş Prokurora müraciət etdi

«Kür İnformasiya Agentliyi» Mətbuat Şurasından aldığı məktuba istinadən bildirir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Reaksiya TV» internet televiziyasının ofisində iyulun 10-da baş vermiş insidentlə bağlı Baş Prokuror Zakir Qaralova müraciət ünvanlayıb.

Belə ki, «Reaksiya TV»nin prezidenti  Zaur Qəriboğlu Mətbuat Şurasına müraciət edərək bildirib ki, həmin gün özlərini Nadir və Namiq kimi təqdim edən iki nəfər  gələrək onu təhdid ediblər.

Həmin məsələ ilə bağlı Baş Prokurora ünvanlanan müraciətdə Zaur Qəriboğlunun üzləşdiyi durumun ətraflı araşdırılacağına və baş vermiş hadisənin müvafiq huquqi qiymət alacağına əminlik ifadə olunur.