05.07.2019/11:02; Rusiya Qara dənizdə NATO gəmilərinin yaxınlığında hərbi təlimlərə başlayıb

Rusiya Qara dənizdə NATO gəmilərinin yaxınlığında hərbi təlimlərə başlayıb

Rusiya Qara dənizdə NATO gəmilərinin yaxınlığında hərbi təlimlərə başlayıb.
NATO-nun Qara dənizdə Sea Breeze hərbi dəniz təlimləri keçirdiyi yerin yaxınlığında Rusiyanın Qara Dəniz donanmasının qüvvələri də hərbi təlimlərə başlayıb , donanmanın mətbuat xidmətindən belə bildiriblər.

«Qara Dəniz Gəmi qruplaşması NATO gəmilərinin fəaliyyətinə nəzarət üzrə kompleks tədbirləri davam etdirilir», — mətbuat xidmətindən belə deyiblər.

Bundan başqa, məlum olub ki, Rusiyanın on gəmisi ABŞ, Britaniya, İtaliya, Kanada və digər ölkələrin də iştirak etdiyi NATO gəmilərinin təlim keçirdiyi yerin yaxınlığında hərbi hazırlıq tədbirlərini yerinə yetirəcəklər.

Bildirilir ki, belə Rusiyanın keçirdiyi təlimlərdə «Azov», «Sezar Kunikov» gəmiləri və»Orexovo-Zuyevo» və «Miraj» kiçik raket gəmiləri, eləcə də «İvanovets», «Naberejnıe Çelnı», «Р-60» raket katerləri iştirak edir RİA Novosti belə xəbər verir.