03.07.2019/10:41;Çin Türkiyə ilə antiterror əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Çin Türkiyə ilə antiterror əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Çin Türkiyə ilə antiterror əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.
Çin lideri Si Tsinpin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparıb. Görüş zamanı Çin respublikasının başçısı terrorizmə qarşı mübarizə sahəsində Türkiyə ilə əməkdaşlığı gücləndirmək və iki ölkə arasında siyasi qarşılıqlı etimadın səviyyəsini yüksəltməyin zərurəti olduğunu bəyan edib.

Bundan başqa, Si Tsinpin vurğulayıb ki, tərəflər köklü maraqlara hörmət etməli və bir-birinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərə hörmətlə yanaşmalı və eləcə də terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın irəliləməsi üçün praktik addımlar atmalıdırlar.

Si Tsinpin həmçinin qeyd edib ki, Çin tərəfi Türkiyədə antiçin separatçı fəaliyyətinin olmamasını yüksək qiymətləndirir. Bundan başqa, Pekin terrorizmlə mübarizədə ÇininTürkiyəni dəstəkləməsinə böyük önəm verməsini yüksək qiymətləndirir.

» Biz Türkiyə tərəfi ilə beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlığı möhkəmləndirməyə hazırıq», — deyə RİA Novosti Si Tsinpinin sözlərini sitat gətirir.