24.06.2019/08:46;Tramp: Nə dəxli var ki, Avropada bu barədə nə düşünürlər!

Tramp: Nə dəxli var ki, Avropada bu barədə nə düşünürlər!

Tramp: Nə dəxli var ki, Avropada bu barədə nə düşünürlər!
Amerika prezidenti Donald Tramp amerika mətbuatına müsahibəsində bildirib ki, Vaşinqtonun Tehranla Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində ayrıca yeni nüvə sazişi imzalamaq niyyətinə avropa dövlətlərinin nə münasibət göstərməsinə o, tamamilə laqeyddir.

«Avropalılar məni narahat etmir. Avropalılar bundan böyük pullar qazanmaq istəyirdilər», — Tramp bu məsələyə belə diqqət yetirib.

ABŞ prezidenti onu da bildirib ki, Avropa İttifaqı uzun müddət Amerika ilə ticarətdə üstün olub, halbuki Ştatlar » NATO-da onu müdafiə edərək, «Avropanın qayğısına qalmış», amma Brüsselə yeni sövdələşmədə iştirak etməyə imkan vermişdir.

İranla yeni saziş bağlamaq istəyini Tramp Birgə Hərtərəfli Fəaliyyət Planının Tehran tərəfinin şərtləri pozmasını yəqinliklə əsaslandırıb. «Mən hesab edirəm ki, onlar müqaviləni pozub. Düşünürəm ki, inspektor nəzarətinə icazə vermədikləri yerlərdə onlar nə isə edirlər», — ABŞ lideri belə bildirib.