21.06.2019/10:25; Putin Rusiya və ABŞ-ın birgə mövcud olması şərtlərini açıqladı

Putin Rusiya və ABŞ-ın birgə mövcud olması şərtlərini açıqladı

Putin Rusiya və ABŞ-ın birgə mövcud olması şərtlərini açıqlayıb.
Rusiya və ABŞ yalnız dialoq və konsensus yolu ilə razılığa gələ bilərlər, RF prezidenti Vladimir Putin güc variantı hadisələrinin inkişafını istisna edərək belə bəyan edib.

«Amma dialoq, əlbəttə ki, lazımdır», — Rusiyanın NTV telekanalının aparıcısı İradə Zeynalovanın suallarına cavab verərkən o belə vurğulayıb.

«Bu və ya digər məsələlərin həllinin tapmasında onların öz təsəvvürü var, bizimisə öz təsəvvürüz var, lakin dialoq olmadan konsensusa nail olmaq mümkün deyil», — Rusiya dövlətinin başçısı əminliklə belə bildirib.

Bundan öncə Moskva dəfələrlə bəyan edib ki, Rusiya ABŞ-la dialoqa hər vaxt hazırdır.