15.05.2019/ 09:59; Xameneyi İran və ABŞ arasında müharibəni istisna edir

Xameneyi İran və ABŞ arasında müharibəni istisna edir

Xameneyi İran və ABŞ arasında müharibəni istisna edir.
Tehran Vaşinqtona qarşı müqavimətini davam etdirəcək, lakin heç bir müharibə olmayacaq, İranın ali lideri Ayətullah Əli Xameneyi İran-Amerika əlaqələrinin gərginləşməsi  fonunda danışarkən belə bildirib.

Onun sözlərinə görə, İran xalqının qəti seçimi ABŞ-a qarşı müqaviməti davam etdirməkdir. «Bu qarşıdurmada Birləşmiş Ştatlar geri çəkilməyə məcbur olacaq. Bu hərbi qarşıdurma deyil, müharibə üçün heç bir əsas yoxdur» -Xameneyi belə deyib.

Xameneyi onu da qeyd edib ki, müharibə nə Tehranın,  nə də Vaşinqtonun maraqlarına cavab vermir. İran ilə ABŞ arasındakı ikitərəfli münasibətlərdə böhrana münasibət bildirən Xameneyi, vəziyyəti iki ölkə arasında «iradələrin toqquşması» adlandırıb və sonda İranın daha güclü olacağını vurğulayıb .