10.05.2019/ 18:13; Avropa Birliyinin Türkiyəyə daha çox ehtiyacı var

Ərdoğan:  Avropa Birliyinin Türkiyəyə daha çox ehtiyacı var

Ərdoğan:  Avropa Birliyinin Türkiyəyə daha çox ehtiyacı var, nəinki Türkiyənin Avropa Birliyinə.
Avropa İttifaqı Türkiyənin tam iştirakı olmadan öz dəyərlərini həyata keçirə bilməyəcək. Ankarada islahatların həyata keçirilməsi üzrə qrupun iclasında Prezident Rəcəb Tayyib Ərdoğan belə bir fikir söyləmişdir.  

Onun sözlərinə görə, Ankara Türkiyəni Avropa ictimaiyyətindən zorla kənarlaşdırmağa çalışanların hərəkətlərinə baxmayaraq, AB-yə qoşulmaq üçün addımlar atmaqda davam edəcək.

Türkiyənin tamhüquqlu  iştirak olmadan Türkiyəni Avropa Birliyindəm kənarlaşdırmağa çalışan qüvvələrin təkidinə baxmayaraq onların elan etdikləri dəyərlər məhvə məhkumdur -türk liderinin bu sözlərini RİA Novosti sitat gəririb.

Prezident onu da qeyd edib ki, Türkiyə artıq vizasız gediş-gəlişin reallaşması üçün Avropa Birliyi tərəfindən şərt kimi irəli sürdüyü 72 meyardan 66-sını yerinə yetirib və yaxın gələcəkdə qalan altı meyarın həyata keçirilməsi üçün addımlar atılacağını bəyan edib.

Ərdoğan, Türkiyə ilə Avropa İttifaqı arasındakı Gömrük İttifaqı ilə əlaqədar yeni razılaşmanın təkcə Türkiyənin deyil, həm də Aİ-nin maraqlarına cavab verdiyini qeyd edib.