08.05.2019/ 20:06; Efraim Sne: İsrail Azərbaycanın düşmənlərinə heç vaxt kömək etməyəcək

Efraim Sne: İsrail Azərbaycanın düşmənlərinə heç vaxt kömək etməyəcək

İsrail heç bir güllə ilə də Azərbaycanın düşmənlərinə heç vaxt kömək etməyəcək. Bu barədə İsrailin müdafiə nazirinin sabiq müavini Efraim Sne bildirib.

«Əgər Ermənistan İsraillə münasibətlərini yaxşılaşdırmaq istəyirsə, güman edirəm ki, İsrail bu niyyətdə olan iölkələrin heç birindən imtina etməyəcək. Amma bir şeyi həmişə möhkəm yadda saxlamaq lazımdır : İsrail bir güllə ilə də olsa belə Azərbaycanın düşmənlərinə heç vaxt kömək etməyəcək. Unutmayın: Bircə güllə ilə belə», — o belə deyib.

Sabiq müavininin sözlərinə görə, İsrail müdafiə idarəsinin başçısı Azərbaycanın əleyhinə istifadə etmək üçün Ermənistana heç nə verə bilməz «Mən əminəm ki, bizim hökumətdə heç kim o dərəcədə səfeh deyil ki, bunu başa düşməsin və ya bilməsin. İsrail hətta milliqram belə Azərbaycanın düşməninə kömək etməyəcək. Heç bir halda. Biz müttəfiqlərik. Biz qardaşıq», — deyə onun sözlərini dağ yəhudiləri regional ictimai xeyriyyə fondunun mətbuat xidməti sitat gətirib.

Eyni zamanda o qeyd edib ki,    İsrailin Azərbaycana hansı müasir silahlar təklif edə biləcəyi barədə açıq danışmağa o, hazır deyil. «Mən yalnız silah haqda yox, ancaq ikitərəfli münasibətlər haqqında danışa bilərəm. Bu istisnadır. Mən həm də ikitərəfli münasibətləri yaxşı kimi qiymətləndirirəm. Amma bu münasibətlər daha yaxşı olmalıdır», — Efraim Sne belə hesab edir.

Onun sözlərinə görə, ölkənin mədəniyyət, elm və turizm sahəsində dostluğu genişləndirmək lazımdır. «İsraildən hər il böyük sayda turist Azərbaycanı ziyarət edir . Azərbaycana gələn israilli turistlər Azərbaycan mədəniyyətinin və irsinın nə qədər zəngin olduğunu görür. Bu baza ikitərəfli münasibətləri daha yüksək səviyyəyə çıxarmaq üçün və daha da genişləndirmə üçün çox yaxşı bir amildir,», — müdafiə nazirinin sabiq müavini belə bildirib.

Bununla əlaqədar müdafiə nazirinin sabiq müavini onu da diqqətə çatdırmışdır ki, Azərbaycan və İsrail universitetləri arasında akademik mübadilə ilə daha çox proqramlar reallaşdırmaq lazımdır. «Təkliflər çoxdur. Biz Azərbaycanla dostluğu qiymətləndiririk. O, bizə çox lazımdır», — Efraim Sne söhbəti belə bağlayıb.