24.04.2019/ 20:53;Lavrov və Qreminqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıblar

Lavrov və Qreminqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıblar

Bu gün Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov beynəlxalq təhlükəsizlik üzrə 8-ci Moskva konfransına qatılmaq üçün Rusiyaya gələn ATƏT-in baş katibi Tomas Qreminqer ilə görüşüb. Bu məlumat Rusiya xarici siyasət idarəsinin saytında dərc olunub.

Danışıqlarda tərəflər avroatlantik regionda hərbi-siyasi vəziyyətin gərginləşməsinin aradan qaldırılmasında və etimadın bərpasında ATƏT-in artan rolunu qeyd etmiş, kibercinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi və terrorçuluqla mübarizədə ATƏT-in potensialının artırılmasının əhəmiyyətinə diqqət yetirmişlər.

«Ukraynanın şərqində, Dnestryanı bölgədə və Dağlıq Qarabağda münaqişələrin nizamlanması ilə bağlı ATƏT-in böyük rolunun olması barədə fikir mübadiləsi keçirilmişdir. Təşkilatın İnstitutlarının cari işlərinə, onun Balkanlarda və Mərkəzi Asiyada, həmsədrlərin Zaqafqaziyada sabitliyin qorubmasl üzrə Cenevrə diskussiyalarındakl missiyasına baxılmışdır», — RF XİN-dən belə bildirmişlər.

Lavrov və Qreminqer həmçinin ATƏT-in digər regional təşkilatlarla əməkdaşlığını da müzakirə etmişlər.