19.04.2019/ 12:33; ABŞ Məmmədyarov və Мnaçakanyana Vaşinqtonda görüşməyi təklif etdi

ABŞ Məmmədyarov və Мnaçakanyana Vaşinqtonda görüşməyi təklif etdi

ABŞ Məmmədyarov və Мnaçakanyana Vaşinqtonda görüşməyi təklif edib.

Vaşinqtonda  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri başçılarının növbəti görüşünün ABŞ-da keçirilməsini təklif ediblər. Bu barədə Azərbaycan xarici siyasət idarəsinin başçısı Elmar Məmmədyarov Polşada keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin Moskvada rusiyalı həmkarı Sergey Lavrovun  və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistan XİN başçısı Mnaçakanyan ilə görüşü barəsində də xatırladıb.

«Mən  münaqişənin həllinə doğru təxminən 30 ilə yaxın bir dövrdə irəliləyişə nail olmaq cəhdlərimiz  barədə məlumat vermişəm. Dünən biz ABŞ-dan Vaşinqtona səfər etmək barəsində dəvət aldıq, orada dövlət katibi münaqişənin həllində irəliləyişə nail olmaq üçün öz təkliflərini irəli sürəcək», — Məmmədyarovun  sözlərini Trend sitat gətirib.