19.04.2019/ 12:27;Lavrov və Qreminqer aprelin 24-də Qarabağ münaqişəsini müzakirə edəcəklər

Lavrov və Qreminqer aprelin 24-də Qarabağ münaqişəsini müzakirə edəcəklər

Lavrov və Qreminqer aprelin 24-də Qarabağ münaqişəsini müzakirə edəcəklər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminqer Moskvada görüş keçirəcəklər. Görüş zamanı bir sıra məsələlər, io cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər. Bu barədə keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat bildirib ki, görüş aprelin 24-nə planlaşdırılıb. Həmin gün Qreminqer Rusiyanın paytaxtı Moskva şəhərində  təhlükəsizlik üzrə VIII beynəlxalq konfransda iştirak edəcək.

Görüşdə avropa təhlükəsizlik məsələlərinin geniş dairəsi müzakirə olunacaq, — Zaxarova bu barədə bildirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Dnestryanı, Mərkəzi Asiyada, Balkanlarda vəziyyətə toxunulacağı gözlənilir.  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi belə bildirib.