16.04.2019/ 16:33;Türkiyə Rusiyadan alınan С-400 raketlərini Azərbaycanda yerləşdirə bilər

Türkiyə Rusiyadan alınan С-400 raketlərini Azərbaycanda yerləşdirə bilər

Türkiyə Rusiyadan alınan С-400 «Triumf» zenit-raket kompleksi raketlərini müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirə bilər.

» С-400 «Triumf» zenit-raket kompleksi raketləri təhvil-təslim olunduqdan sonra onun  Qətərdə və ya Azərbaycanda müvəqqəti saxlanması variantları nəzərdən keçirilir, — bu barədə Türkiyənin «Ana  Haber» nəşri məlumat yayıb.

 Nəşrin məlumatına görə, Türkiyə Azərbaycanda С-300 «Favorit» zenit raket sistemi kompleksində təlim keçmək üçün artıq 100 hərbiçinin seçimini başa çatdırıb. «Bundan sonra bu hərbi  qrup  С-400 «Triumf»  zenit-raket kompleksi raketlərində təlim  kursu keçmək üçün Rusiyaya səfər edəcək, məlumatda belə deyilir.