14.04.2019/ 14:39;»Əgər tərəflər görüşürsə — demək olar ki, onların bizə məlum olmayan gündəliyi var»

«Əgər tərəflər görüşürsə — demək olar ki, onların bizə məlum olmayan gündəliyi var»

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzdə dalana dirənib, amma burada görünməyən proses var. Bu barədə rusiyalı politoloq Stanislav Tarasov bildiribib, — aze.az bu barədə xəbər verir.

O qeyd edib ki, ölkələrin liderlərinin və ya yüksək vəzifəli şəxslərinin verdiyi bəyanatlar keçirilən prosesin yalnız bir hissəsidir və ola bilsin ki, onlar təəssürat yaradır ki, proses dalana dirənmişdir.

«Onlar açıq şəkildə mübahisə edir, bir-birinin mövqeyini qəbul etmirlər, bir-birinin fikirlərini rədd edirlər, amma növbəti dəfə görüşə razılaşırlar. Görünür pərdəarxası səhnədə hansısa məsələləri müzakirə etməyə ehtiyac duyurlar, bəlkə belə deyil? Əgər onlar görüşürsə, deməli, onların bizə məlum olmayan gündəlik məsələsi var», — Tarasov belə deyib.

«Hamı oyun oynayır, və bunun mənası belədir, səmimi olacağam, mənim üçün bu sona qədər anlaşılmazdır», — Stanislav Tarasov belə bildirib. .

Politoloq xatırladıb ki, ATƏT-in Minsk qrupunun himayəsi altında qeyri-formal görüşdən sonra Ermənistanın baş naziri və Azərbaycan prezidenti Vyanada ilk dəfə görüşmüşlər, bu o deməkdir ki, müzakirə edilməli olan məsələlər olmuşdur.

O qeyd edib ki, Paşinyan- Əliyev grüşü zamanı söhbət təxminən 3 saat sürüb ki, bu «diplomatik dilində» az deyil. «Əliyev və Paşinyan, yəqin ki, ciddi məsələlər haqqında danışmışlar, 3 saat — uzun müddətdir. Onlar dialoqu davam etdirmək niyyətindədirlər», — Stanislav Tarasov belə deyib.

Onun sözlərinə görə, unutmaq lazım deyil ki, görüşlərin yekunları üzrə konkret əldə olunmuş razılaşmalar yoxdur.