07.03.2019/ 14:52;Putin Sarkisyanın hakimiyyəti Paşinyana təhvil verməsindən şübhələnir

Putin Sarkisyanın hakimiyyəti Paşinyana təhvil verməsindən şübhələnir

Rusiya hakimiyyəti 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o zamankı hakimiyyətinin sövdələşmə ssenarisi əsasında hakimiyyəti təhvil verməsindən şübhələnir. Bu barədə «Qrapark» qəzeti yazır.

«Əvvəlki hakimiyyət təxminən bir ildir ki, rusiyalı tərəfdaşlarını inandırmağa çalışırlar ki, Paşinyanın hakimiyyətə gəlməsi prosesində onların günahı yoxdur və onlar Paşinyanın hakimiyyətə gəlməsinə heç bir kömək etməmişlər. Bu günlərdə erməni xadimlərindən biri danışıb ki, Putin şəxsən onun yanında Serj Sarkisyandan şikayət edib.

Rusiya prezidenti bildirib: Neçə illərdir biz dostluq etmişdik, lakin istefaya gedənə qədər o, heç nədən məni xəbərdar etməyib, bu barədə heç bir məlumat verməyib, adi elementar etik qaydaya görə Sarkisyan mənə zəng eləməli idi və bundan sonra istefa barədə bəyanatla çıxış etməli idi», — nəşr belə qeyd edir.