01.02.2019/15:57; Ermənistan münasib qiymətə dörd Су-30 СМ rus qırıcı təyyarəsi alıb

Ermənistan münasib qiymətə dörd Су-30 СМ rus qırıcı təyyarəsi alıb

İrəvan və Moskva Ermənistana dörd Су-30 СМ çoxsahəli döyüş təyyarəsi satılması barədə müqavilə imzalayıblar. Bu barədə «Kommersant»ın məlumatında deyilir.

Qeyd edilir ki, təyyarələr Ermənistana ixrac qiymətlərinə deyil, daxili bazar qiymətlərinə satılmışdır. Satınalma Moskva tərəfindən İrəvana verilmiş kreditlər hesabına KTMT vasitəsilə həyata keçirilir.

Aviasiya sənayesi müəssisələrindən birinin rəhbərinin sözlərinə görə, müqavilə çərçivəsində qırıcılar 2020-ci ildə Ermənistana nəql olunacaqlar.

Nəşrdə qeyd olunur ki, Ermənistan Nərbi Hava Qüvvələri «son onilliklər ərzində ilk dəfə» yeni təyyarə alıb.