01.02.2019/15:05; Ermənistanın Baş nazirinin iqamətgahında oğurluq olub

Ermənistanın Baş nazirinin iqamətgahında  oğurluq olub

İrəvanın mərkəzində Baqramyam prospektində Ermənistanın Baş nazirinin iqamətgahında oğurluq baş verib. Xatirə sikkələri hədiyyələri muzeydən oğurlanıb.

Erməni mətbuatının verdiyi məlumata görə, hakimiyyət orqanlarının səlahiyyətli nümayəndələri  baş nazirlik ofisindən zəng edərək bildirmişlər ki, yanvarın 25-dən 30-dək, iqamətgahın  birinci korpusunun üçüncü mərtəbəsindəki foyenin  stendindən dörd ədəd xatirə medalı oğurlanıb. Bundan sonra hadisə yerinə dərhal operativ qrup göndərilib, Sputnik Ermənistan bu barədə belə  yazıb.

Hüquq-mühafizə orqanları cinayətin açılması istiqamətində təcili tədbirlər görürlər.