30.01.2019/10:37; Con Bolton İlham Əliyevə telefonla zəng edib

Con Bolton İlham Əliyevə telefonla zəng edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Dünən axşam baş tutan söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən, enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə olunub,- Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir.