29.01.2019/20:14; ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıya səfər edəcək

ABŞ dövlət katibinin köməkçisinin müavini Bakıya səfər edəcək

ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk fevralda Bakıya gələcək, ABŞ-ın Dövlət Departamentindən Trendə belə bildirilib.

Qeyd olunub ki, Oudkirk fevralın 20-də Bakıda keçiriləcək» Cənub qaz dəhlizinin» Məşvərət şurasının beşinci iclasında iştirak edəcəkdir.

«ABŞ dövlət departamentini ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk təmsil edəcək», — idarədən belə bildiriblər.