25.01.2019/19:49;Rusiya «ulduz müharibələrinə başlanmaması barədə ABŞ-a xəbərdarlıq etdi

Rusiya «ulduz müharibələrinə başlanmaması barədə ABŞ-a xəbərdarlıq etdi

Rusiya ABŞ-ı Raket Hücumundan Müdafiə (RƏM) qüvvələrinə öz kosmik qruplaşmasının yerləşdirməsindən imtina etməyə çağırıb, belə ki, bu, «ulduz müharibələri» proqramına qayıdılması deməkdir, Rusiya XİN-nin saytında dərc edilən şərhində belə deyilir.

Rusiya xarici siyasət idarəsi ABŞ-ın RƏM üzrə yeni strategiyasını «məsuliyyətsiz avantüra» kimi xarakterizə edib.

Bundan başqa, XİN kosmik məkanda döyüş əməliyyatlarından istifadə etməkdən əl çəkməyə və » kosmosda amerika dominantlığı» niyyətindən imtina etməyə çağırıb.

Diplomatik idarədən bildirmişlər ki, ABŞ-ın niyyəti — ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın «ulduz müharibələri» proqramının icrası dövrünə yenidən qayıdılması deməkdir.