24.01.2019/11:19; NATO və Gürcüstan Qara dənizdə qarşılıqlı əlaqələri gücləndirir

NATO və Gürcüstan Qara dənizdə qarşılıqlı əlaqələri gücləndirir

NATO Qara dənizdə Gürcüstan Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlığı genişləndirir.
Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberqin bildirdiyi kimi tərəflər arasında əməkdaşlığın aktivləşməsi baş verir.

Onun sözlərinə görə, söhbət həm də Gürcüstanın sahil mühafizəsinin məşq keçirməsindən gedir. Stoltenberq bildirib ki, NATO və Gürcüstan regionda Rusiyanın hərbi cəhətdən güclənməsindən narahatdırlar, — RİA Novosti belə yazır.

Xatırladaq ki, yanvarın 21-də ABŞ HDQ-nin «Donald Kuk» esminesi Gürcüstanın Batumi limanına daxil olub. Gürcüstan sərhəd polisinin sahil mühafizə xidmətində bildirmişlər ki, gəmi yanvarın 25-dək Gürcüstanın ərazi sularında qalacaq və onu da dəqiqləşdirmişlər ki, səfərin məqsədi — Qara dənizdə və ümimiyyətlə regionda sabitliyin möhkəmlənməsidir.