22.01.2019/20:49;Paşinyan Əliyevlə Davosda qeyri-formal görüş keçirməyi planlaşdırır

Paşinyan Əliyevlə Davosda qeyri-formal görüş keçirməyi planlaşdırır

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Davosda Azərbaycan prezidenti İlham Əliyevlə qeyri-rəsmi görüşünü keçirməyi planlaşdırır.


«Bəli, bu qeyri-formal görüşdür», — o RİA Novostinin bu gün prezident Əliyevlə ikitərəfli görüş olacaqmı sualına belə cavab verib.

Bundan əvvəl o, mətbuat konfransında Azərbaycan prezidenti ilə onun söhbəti nə vaxt ola bilər sualını cavablandırarkən deyib ki, «çox tezliklə».

Öz növbəsində İlham Əliyev Davosda Ümumdünya iqtisadi forumu meydanında Ria Novostiyə bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında tam formatlı danışıqlar hələ olmayıb, amma artıq bir neçə «faydalı söhbətlər» keçirilib. Onun sözlərinə görə, bu görüşlər Qarabağ üzrə danışıqların fəallaşmasına və tərəflərin mövqelərinin müəyyənləşdirilməsi üçün MDB sammitlərində faydalı olub. Azərbaycan lideri deyib ki, bu məsələ ilə bağlı erməni tərəfi ilə təmaslardan heç zaman qaçmayıb.