17.01.2019/10:23;Mey: Böyük Britaniya martın 29-də Avropa Birliyindən çıxacaq

Mey: Böyük Britaniya martın 29-da Avropa Birliyindən çıxacaq

Böyük Britaniya Avropa İttifaqının tərkibindən martın 29-də çıxacaq, bu barədə ölkənin baş naziri Tereza Mey bildirib və vurğulayıb ki, Britaniya parlamentinin onun Aİ ilə Brexit üzrə layihəsini dəstəkləməkdən imtina etməsinə baxmayaraq bu baş verəcək.

«Hökumətin siyasəti ondan ibarətdir ki, biz Avropa Birliyini martın 29-da tərk edirik» — o, yanvarın 16-də Britaniya parlamenti qarşısında çıxışı zamanı belə bildirib.

Mey bildirib ki, danışıqların uzadılması məsələsi 50-ci maddə üzrə (üzv ölkələrin Aİ-dən çıxmasını tənzimləyir) çıxma haqqında etibarlı alternativ plan» olarsa parlamentin müzakirəsinə çıxarıla bilər- Reuters belə xəbər verir.