17.01.2019/09:42;Times Higher Education versiyası üzrə Azərbaycanın heç bir ali məktəbi yenə də inkişaf edən ölkələrin reytinqinə daxil edilməyib

Times Higher Education versiyası üzrə Azərbaycanın heç bir ali məktəbi yenə də inkişaf edən ölkələrin reytinqinə daxil edilməyib

Times Higher Education (THE) Britaniya nəşri inkişaf etməkdə olan ölkələrin universitetlərinin University Rankings Emerging Economies reytinqinin nəticələrini açıqlayıb.

Bu göstərici üzrə birinci yeri Çin (72), ikinci — Hindistan (49) tutur. Rusiya bu göstəricilərə görə dördüncü yerdə qərarlaşır. Reytinqə cəmi 43 ölkədən 450 ali məktəb təqdim olunub. Azərbaycanın ali məktəbləri yenidən reytinqə düşməyib.

THE Emerging Economies University Rankings reytinqi beş qrupda birləşmiş13 indikator əsasında tərtib edilib: Təlim və təhsil mühiti (30%) elmi işlər, (30%) elmi məqalələrdən sitat gətirilmə səviyyəsi (20%), tələbələrin və əməkdaşların beynəlxalq mobilliyi (10%).

THE World University Rankings-in qlobal reytinqin tərtibində məhz bu meyarlardan istifadə olunur.

Ötən ilin sentyabrında Times Higher Education dünyanın ən yaxşı universitetlərinin reytinqi təqdim edib. O zaman Azərbaycan ali məktəblərinin heç biri top-500 siyasında yer almayıb.