14.01.2019/21:08;Litva məhkəməsi Qorbaçova və onlarla rusiyalılara hökm qərarı hazırlayır

Litva məhkəməsi Qorbaçova və onlarla rusiyalılara hökm qərarı hazırlayır

Litvada keçirilən insanlığa qarşı cinayətlərdə ittiham olunan rusiya vətəndaşlarının məhkəmə prosesi, tamamlanmağ üzrədir. Hökm, gözlənildiyi kimi, 2019-ci il fevralın 18-də çıxarılacaq,- barədə «Sputnik» xəbər verir. Qiyabi mühakimə olunanlar sırasında SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov da var.

İstintaqın başlanması üçün bəhanə 1991-ci il yanvarın 13-də Vilnüs teleqülləsinin önündə faciəli hadisələr olub. 1990-cı ilin mart ayında Litva Ali Soveti respublikanın müstəqilliyinin bərpası haqqında bəyanat yayıb, SSRİ hakimiyyəti qərarın Konstitusiyaya zidd olduğunu bildirib.

1991-ci ilin yanvarında Litvada etiraz aksiyaları başlayıb. Yanvarın 13-nə keçən gecə Sovet ordusunun zirehli karvanı Vilnüsün mərkəzinə istiqamət alıb. Litva tərəfinin məlumatına görə, telemərkəzin yaxınlığında toqquşmalar zamanı, 14 nəfər həlak olub, 700 nəfər isə yaralanıb.