14.01.2019/20:34;Ankara: Türkiyə kürdlərin düşməni deyil, əksinə onların himayəçisidir

Ankara: Türkiyə kürdlərin düşməni deyil, əksinə onların himayəçisidir

Türkiyə prezidenti administrasiyasının kommunikasiya işləri üzrə idarəsinin başçısı Faxreddin Altun bildirmişdir ki, Ankara kürdlərə düşmən deyil, əksinə onların himayədarıdır.

«Türkiyə kürdlərin düşmən deyil, onların hinamədarıdır. Türkiyənin kürdlərlə heç bir problemi yoxdur», — Altun özününTwitter səhifəsində belə yazıb.

O vurğulayıb ki, Ankara regionda problemlərin mənbəyinin suriya kürdlərinin olması fikri ilə hesablaşmır, problemin mənbəyi kimi «terror təşkilatlarının olmasında görür: Bunlar «Kürdüstan Fəklə Partiyası» (PKK) və onun Suriya qolu «Demokratik İttifaq» partiyası, eləcə də kürdlərin özünümüdafiə qüvvələridir (YPG).

Altun əlavə edib ki, Türkiyə terrorla mübarizəni davam etdirəcək, RİA Novosti belə xəbər verir.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ankara Suriya kürdlərinə qarşı təcavüz mövqe tutacağı halda Türkiyəni iqtisadi sanksiyaların qoyulacağı ilə hədələyib.