13.01.2019/21:40;Ukrayna BMT-nin Təhlükəsizlik Şurasında veto hüququnun qadağan olunmasını təklif edir

Ukrayna BMT-nin Təhlükəsizlik Şurasında veto hüququnun qadağan olunmasını təklif edir

Bunu mərhələli şəkildə etmək lazımdır «, — bunu Ukraynanın Birləşmiş Millətlər Təşkilatındakı  daimi nümayəndəsi Vladimir Yelçenko “Həftənin Güzgüsü” qəzetində yazıb.

Onun sözlərinə görə, bu məsələ Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri olan Rusiya tərəfindən Ukraynaya qarşı təcavüz şəraitində xüsusilə vacibdir. Moskva Rusiya-Ukrayna münaqişəsinə baxılması zamanı, Malayziyanın Boeing təyyarəsinin vurulması məsələsinin müzakirəsi, Salsberidə zəhərlənmə və ya Suriyada yaşanan hadisələrlə əlaqədar Təhlükəsizlik Şurasının işlərində veto hüququndan sui-istifadə edə bilər- Yelçenko belə bildirib.