11.01.2019/09:49; Lukaşenko: Rusiya Belarusu itirə bilər

Lukaşenko: Rusiya Belarusu itirə bilər

Rusiya tərəfinin vergi manevrlərinə görə kompensasiya ödəməsindən imtina etməsi ciddi fəsadlar yarada bilər, Belarus prezidenti Aleksandr Lukaşenko bu barədə bəyanat verib.

Belarus lideri vurğulayıb ki, bu halda Moskva müttəfiqini itirə bilər -Vestnik Kafkaza nəşri belə yazır.

«Əgər Rusiya rəhbərliyi bu yolu seçərək qərb istiqamətində yeganə müttəfiqini itirmək istəyirsə bu, onların öz seçimidir. Biz isə onları məcbur edə bilmərik», — Belarus prezidenti belə deyib və onu da əlavə edib ki, bu Minsk üçün «faciə» olmayacaq.

Lukaşenko bildirib ki, Belarus özü vergi manevrləri itkilərindən kompensasiya üçün 400 milyon dollar qazanmaq iqtidarındadır, — Belta agentliyi belə xəbər verir.