22.12.2018/11:13;İsrailin baş nazirinin Qardaşı Qubaya gəlib

İsrailin baş nazirinin Qardaşı Qubaya gəlib

İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı, tanınmış dramaturq Ido Netanyahu Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsinə gəlib, — bu barədə İsrailin stmegi.com nəşri xəbər verir.

Məlumata görə İdo Netanyahu da dağ yəhudilərinin təşəbbüsü ilə sinaqoqun yerləşdiyi qəsəbədə tikilən dağ yəhudiləri muzeyini ziyarət edib.

Onun sözlərinə görə, qəsəbə dağ yəhudilərinin yaşaması üçün ən gözəl yerdir: «Bu, çox təqdirəlayiqdir ki, burada dağ yəhudiləri adət-ənənələrini qoruyub saxlaya bilib».

Bundan başqa, İdo Netanyahu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ilə də görüş keçirib.