19.12.2018/10:50;ABŞ-ın Dövlət departamenti Patriot Raketdən Müdafiə sistemlərinin Türkiyədə satışını təsdiqləyib

ABŞ-ın Dövlət departamenti Patriot Raketdən Müdafiə sistemlərinin Türkiyəyə satışını təsdiqləyib

ABŞ dövlət departamenti Patriot Raketdən Müdafiə sistemlərinin və avadanlıqlarının Türkiyəyə satışı ilə əlaqədar 3,5 milyard dollarlıq mümkün sövdələşməni bəyənib. Bu barədə Pentaqonun müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə Agentliyindən məlumat verilib.

Ankara ABŞ-dan iyirmi buraxıcı qurğusu və 80 ədəd tutucu raketi olan dörd komlekt Patriotun alınması ilə bağlı sorğu verib.
Pentaqondan bildiriblər ki, Türkiyə öz potensialının gücləndirilməsi, ərazi bütövlüyünün müdafiəsi və regional təhlükələrin qarşısının alınması məqsədilə RƏM komplekslərindən istifadə etmək niyyətindədir.
İdarədən bildiriblər ki, satış «NATO üzrə müttəfiqlərinin müdafiəsi və düşmən təcavüzündən qorunması üçün» Türkiyə hərbçilərinin müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.