04.12.2018/10:58; ABŞ İrana güc nümayiş etdirmək üçün Fars Körfəzinə atom aviadaşıyıcısı göndərdi

ABŞ İrana güc nümayiş etdirmək üçün Fars Körfəzinə atom aviadaşıyıcısı göndərdi

Başda John C. Stennis atom aviadaşıyıcısı olmaqla ABŞ-ın HDQ gəmilərinin bir qrupu İrana güc nümayiş etdirmək məqsədilə yaxın günlərdə Fars Körfəzinə girəcək. TASS Agentliyinin verdiyi məlumata görə, bu barədə bazar ertəsi Pentaqonda rəsmi şəxslərə istinadən ABŞ-ın The Wall Street Journal nəşri öz saytında məlumat verib.

Onun məlumatına görə, son səkkiz ay ərzində amerika gəmilərinin Fars Körfəzinə girişi ilk belə əməliyyat olacaq. John C. Stennis iki ay ərzində Yaxın Şərq regionunda yerləşəcək və öz vaxtının böyük bir hissəsini körfəzin hüdudlarında keçirəcək. Amerika aviadaşıyıcısının burada olması İranın bu sularda düşmənçilik hərəkətlərinin edəcəyi təqdirdə qüvvələr nisbətinin «müsbət fərqini müəyyən qədər təmin edəcəkdir», Pentaqondakı qəzetin mənbəsində belə bildirilib.
«İslam İnqilabı Keşikçiləri» Korpusu komandanın müavini, briqada generalı Hüseyn Salami bazar ertəsi bəyan edib ki, Tehranın ballistik raketlərin istehsalı texnologiyalarına sahib olması Fars Körfəzində amerika təyyarə gəmilərinin sərbəst fəaliyyətə son qoyub və Vaşinqtonu geri çəkilməyə məcbur edib.