19.11.2018/10:46; Filipp Ekozyants Azərbaycan adlı qədim torpaq haqqında

Filipp Ekozyants Azərbaycan adlı qədim torpaq haqqında (video)

Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloqer Filipp Ekozyants «Azərbaycan adlı qədim torpağa dair» adlı videoçarx hazırlayıb.

«Jan Şardenin gündəliyi nə rus, nə də erməni dilində tam nəşr olunmayıb (ola bilsin ki, həm də tərcümə olunmayıb. Ona görə də ermənilərin 17-ci əsrdə Şardenin Azərbaycan haqqında nələr yazdığından xəbəri yoxdur. Onun gündəliyindən belə məlum olur ki, bu ad artıq 17-ci əsrdə hələ qədim zamanlardan məşhur olan bu adla tanınırdı»,- Ekozyants belə qeyd edir.